Britaniyada ilk dəfə xilasetmə xidmətində hicablı xanım çalışacaq
Mьəllif: Admin
Tarix: 30-04-2021, 11:24
Bцlmə: Xəbərlər
Britaniyada ilk dəfə xilasetmə xidmətində hicablı xanım çalışacaq
Britaniyada ilk dəfə, Nottinqem vətəndaşı 27 yaşlı Urusa Arşid yanğınsöndürmə xidmətinə işə düzəlib. U.Arşid lazımi təlim və təhsizl alaraq xidmətə başlayıb.

Yanğınsöndürmə bölmməsinin rəhbərliyi ona, dəbilqəsinin altından geyinilən, xüsusi yanmayan materialdan hazırlanmış baş geyimini təqdim edib.

"Deyerler.org"un islamnews.ru-ya istinadən verdiyi xəbərə görə, U.Arşid insanların hicablı xanımı xilasedici paltarında görəndə təəccüb hissi keçirdiyini deyir.

“Mən xilasetmə xidmətindən olduğumu söyləyəndə bəziləri buna inanmır, daha sonra böyük qırmızı yanğınsöndürəni və məni xilasetmə komandası arasında gördükdə hər şey aydın olur".

O bildirir ki, belə bir xidmətdə inanclı kimi çalışmaq olduqca realdır. Xidmət ərzində namazları yerinə yetirmək üçün vaxt və şərait var.

Rəhbərlik müsəlman xanımın xidmətindən məmnundur və yanğınsöndürmə məntəqələrində hicablı müsəlman xilasedicilərin çalışmasının əleyhinə deyillər.

"Biz çəkinmədən komandamızda Britaniyada ilk hicablı yanğınsöndürən xanımın işlədiyini deyə bilərik", - deyə Nottinqem Yanğından Mühafizə Xidmətinin açıqlamasında qeyd edilir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930