Səudiyyə rejiminin bombası 3 yəmənli uşağın ölümünə səbəb oldu
Mьəllif: Admin
Tarix: 30-04-2021, 11:21
Bцlmə: Xəbərlər
Səudiyyə rejiminin bombası 3 yəmənli uşağın ölümünə səbəb oldu
Yəmənin qərb sahilindəki Hudeyda vilayətində Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin atdığı bombanın partlaması nəticəsində üç yəmənli uşaq həlak olub.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Səudiyyə rejiminin koalisiyası və muzdlularının Hudeyda vilayətinin Əl-Marava bölgəsindəki Əl-Qais kəndindəki hücumları vaxtı atdıqları bombanın partlaması nəticəsində ən azı üç uşaq həlak olub, biri qadın olmaqla üç nəfər də yaralanıb.

Qeyd edək ki, Yəməndə indiyə qədər yüzlərlə insan Səudiyyə rejiminin istifadə etdiyi qadağan olunmuş bombaların qurbanı olmuşdur.



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031