Yəmən ordusu Ər-Riyadda bir neçə mühüm hərbi nöqtəni PUA-larla vurdu
Mьəllif: admin1
Tarix: 2-04-2021, 09:59
Bцlmə: Xəbərlər
Yəmən ordusu Ər-Riyadda bir neçə mühüm hərbi nöqtəni PUA-larla vurdu
Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin paytaxtı Ər-Riyaddakı həssas hərbi hədəflərə qarşı əməliyyat keçirildiyini elan edib.

Deyerler.org xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün (1 aprel) günortadan sonra Tvitter səhifəsində, pilotsuz təyyarələrin Səudiyyə rejiminin paytaxtı Ər-Riyadda bir neçə mühüm mövqeyə hücum etdiyini açıqlayıb.

Sözçü Yəmən ordusunun PUA birliyinin bu gün səhər dörd PUA ilə Səudiyyə rejiminin paytaxtı Ər-Riyaddakı həssas mövqeləri hədəfə ala bildiyini söyləyib.

Yəhya Sərii hədəfin doğru olduğunu vurğulayaraq, bu hərəkətin Yəmən xalqının təcavüz və mühasirəsinə cavab olaraq Yəmən xalqının təbii və qanuni haqqı çərçivəsində edildiyini bildirib

O, Yəmən ordusunun hərbi əməliyyatlarının Yəmənə təcavüz və mühasirənin davam etdiyi müddətdə davam edəcəyini də vurğulayıb.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031