İsrail rejiminin döyüş təyyarələri Qəzza bölgələrini bombaladı
Mьəllif: admin1
Tarix: 24-03-2021, 20:45
Bцlmə: Xəbərlər
İsrail rejiminin döyüş təyyarələri Qəzza bölgələrini bombaladı
Sionist rejimin döyüş təyyarələri bu gün (24 mart) səhər Qəzza şəhərinin qərbində və Əl-Vasatinin şərqindəki bölgələri bombalayıb.

Deyerler.org xəbər verir ki, Fələstinin Sama xəbər agentliyinin bildirdiyinə görə, sionist rejimin döyüş təyyarələri Qəzzanın qərbindəki Fələstin İslami Müqavimətinin Bədr postuna ən azı dörd raket atıb.

Xəbərdə, həmçinin belə qeyd edilib: “Əl-Vasati rayonunda İsrail rejiminin qırıcıları vilayətin şərqindəki bölgəni bir neçə raketlə bombaladı”.

İsrail rejiminin ordusunun sözçüsü Avixai Adri döyüş təyyarələri və helikopterlərlə HƏMAS-a bağlı mövqeləri hədəfə aldıqlarını söyləyib.

O, HƏMAS-ın raket hücumlarına cavab olaraq, sionist rejimin bu hücumları həyata keçirdiyini iddia edib.

Avixai Adri bundan əvvəl Qəzzadan bir raketin Fələstinin cənubundakı Beerşeba bölgəsinə düşdüyünü söyləmişdi. O, Tvitter hesabında raketin boş əraziyə düşdüyünü iddia etmişdi.

Sionist mediası raket hücumunun İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Beerşebaya səfəri ilə üst-üstə düşdüyünü yazmışdı.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031