İmam Hüseyni (ə) müdafiə edən şəxsə həbs cəzası verildi
Mьəllif: admin1
Tarix: 16-03-2021, 11:11
Bцlmə: Xəbərlər
İmam Hüseyni (ə) müdafiə edən şəxsə həbs cəzası verildi
Türkiyədə İmam Hüseyni təhqir edən keçmiş Qars valisi Rəhmi Doğana qarşı İmam Hüseyni müdafiə edən vətəndaş həbs cəzasına məhkum edilib.

Müdafiə hüququnun pozulduğunu bildirən Sezai Ayata adlı vətəndaş hadisə ilə bağlı şikayətini sosial media hesabında paylaşıb.

Ayatanın açıqlaması belədir: "İmam Hüseyni təhqir edən Qarsın keçmiş valisi Rahmi Doğanın şikayəti əsasında açılan məhkəmə işində əvvəlcə 1 il, ardınca 10 ay həbs cəzasına məhkum olmuşam.

Bildirişi bu gün aldım. Büyükçekmece məhkəməsində verdiyim ifadədən yalnız iki cümlə daxil edilib. Halbuki daha uzun bir müdafiə etmişdim.

Açıq şəkildə müdafiə hüququm pozulub və görməməzlikdən gəlinib. Anladığım qədəri ilə həbs qərarına çevrilməməsi üçün heç bir şeydən faydalana bilmirəm.

Halbuki məqaləmi paylaşan başqa bir şəxs də eyni cəzanı alıb, lakin cəriməyə çevirə bilib".
(eastnews.org)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031