Çay qan təzyiqinə necə təsir edir?
Mьəllif: admin1
Tarix: 12-03-2021, 17:54
Bцlmə: Xəbərlər
Çay qan təzyiqinə necə təsir edir?
ABŞ və Danimarka alimləri yaşıl və qara çay birləşmələrinin qan damarlarının divarlarında ion kanalı zülallarını aktivləşdirdiyini və bu da onların rahatlamasına səbəb olduğunu tapıb.

Beləliklə, müntəzəm çay içmək qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Kaliforniyanın İrvin Universiteti və Kopenhagen Universitetinin tədqiqatçıları çay tərkibində olan iki flavonoid birləşmənin, kalium ionlarının qan damarlarının divar hüceyrələrindən xaric olmasına və hüceyrə gərginliyini azaltmasına imkan verən “KCNQ5” adlanan spesifik ion kanalı zülalını aktivləşdirdiyini tapıb.

"Deyerler.org"un ria.ru-ya istinadən verdiyi xəbərə görə, “KCNQ5”in qan damarlarını örtən hamar əzələdə olduğu üçün, onun çay katexinləri ilə aktivləşdirilməsi damarların genişlənməsinə və qan təzyiqinin aşağı düşməsinə kömək edir.

Bu kəşf, çayın antihipertenziv xüsusiyyətlərini izah edir və müəlliflərə görə, qan təzyiqini azaltmaq üçün yeni dərmanların inkişafına səbəb ola bilər.

Əvvəlki araşdırmalar yaşıl və ya qara çay istehlakının qan təzyiqini az, lakin sabit miqdarda sala biləcəyini və buna katexinlərin səbəb olduğunu göstərdi. Bu birləşmələrin “KCNQ5” kanalı üzərindəki çox molekulyar təsir mexanizmi hələ bilinmirdi.

Alimlər yaşıl çayın 35 dərəcə Selsiyə qədər qızdırılmasının onun kimyəvi tərkibini dəyişdirərək, “KCNQ5”in aktivləşdirilmməsində daha təsirli olduğunu aşkar edib, lakin bu o demək deyil ki, çay isti içilməlidir.

"İnsan bədən istiliyinin 36 Selsidən çox olduğu üçün, çayın istər soyuq, istər isti içilməsindən asıl olmayaraq, öz təsir etmə hədəfinə çatır. Beləliklə, sadəcə çay içərək onun faydalı antihipertenziv xüsusiyyətlərini aktivləşdiririk", - deyə həkim izah edir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031