Alimlər altsheymer və skleroz xəstəliklərində beyin qocalmasının əsas səbəbini tapıb
Mьəllif: admin1
Tarix: 12-03-2021, 17:15
Bцlmə: Xəbərlər
Alimlər altsheymer və skleroz xəstəliklərində beyin qocalmasının əsas səbəbini tapıb
Alimlər beynin qocalması və qocalma dövtründə xəstəliklərin inkişafının əsas səbəbinin sinir liflərinin qabığını əmələ gətirən miyelinin itirilməsi ilə əsaslandırıb.

Britaniya, Almaniya və İtaliyadan olan nevrologlar miyelinin istehsalından məsul olan geni belə müəyyən edə bilib və bu cür məlumatlar gələcəkdə beyin cavanlaşması üçün dərman hazırlamağa kömək edə bilər.

"Deyerler.org"un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, aksonlar, (sinir impulslarının bədəndən, orqanlara və digər sinir hüceyrələrinə hərəkət etdiyi kanallar) beyindəki sinir lifləri və “telləri” beyin hüceyrələri arasında əlaqə yaradır.

Bununla yanaşı, onlar, ətrafında qoruyucu kimi elektrik izolyasiyasına bənzər miyelin örtüyü ilə örtülürlər. Bu qabıq pozulduqda, sinir proseslərinin effektliyi və sürəti azalır ki, bu da beynin ləngiməsinə, idrak funksiyalarının azalmasına və altsheymer xəstəliyi və ya skleroz kimi xəstəliklərin inkişafına səbəb olur.

Tədqiqatçılar, miyelin bərpasında məsul olan hüceyrələrin yaş ötdükcə daha az keyfiyətlə işlədiyini və bu proseslə əlaqəli əsas geni təyin etdiklərini tapıb. Alimlər bu nəticələrin, hüceyrələri cavanlaşdırma yollarını tapmaq üçün böyük bir işin başlanğıcı olacağını qeyd edir.

"Deyerler.org"
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031