İşıq sürətindən üstün sürət icad edilib
Mьəllif: admin1
Tarix: 11-03-2021, 23:26
Bцlmə: Xəbərlər
İşıq sürətindən üstün sürət icad edilib
Almaniyadakı Gettingen Universitetindən astrofizik Erik W.Lentz, hələ məkan-zaman konfiqurasiyaları öyrənilməyən, işığın sürət həddini aşmağın və varp-mühərrik icad etməyin yeni yolunu tapıb. Alimin məqaləsi “Classical and Quantum Gravity” jurnalında dərc edilib.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, nisbilik nəzəriyyəsi işığın sürətindən daha sürətli gedə bilən mühərrikin varlığını qəbul edir, lakin bunun üçün mənfi enerji sıxlığı kimi ekzotik xüsusiyyətlərə sahib olan çox sayda fərziyə maddələri tələb olunur. Bununla belə, adi enerjidən istifadə edərək, yüksək sürətli solitonlar yaratmaqla yeni araşdırmalar bu problemi aşa bilər. Soliton sabit sürətlə hərəkət edən sabit dalğadır. Lentz bu tədqiqatda Eynşteyn tənliklərindən istifadə edib. Bu, "Proksima Sentavr”a və geri Yer üzünə min illərlə deyil, bir neçə illərə səyahət etməyə imkan verəcək. Qeyd edək ki, müasir raket texnologiyası ilə 50 min il ərzinə bir tərəfli uçuş həyata keçirməyi imkan verir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031