BMT baş katibi: Yəməndə hər 10 dəqiqədə bir uşaq münaqişə və ya xəstəlik səbəbilə ölür
Mьəllif: admin1
Tarix: 2-03-2021, 21:44
Bцlmə: Xəbərlər
BMT baş katibi: Yəməndə hər 10 dəqiqədə bir uşaq münaqişə və ya xəstəlik səbəbilə ölür
BMT baş katibi Yəməndə münaqişəni dayandırmağa çağırıb.

Maide.az Eastnews.org-a istinadla xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Yəməndəki müharibənin Yəmən xalqının, xüsusən də uşaqların sağlamlığına təsirlərindən bəhs edərək, "Yəmənli uşaqlar bir çox sağlamlıq riskinə məruz qalırlar və Yəməndə hər 10 dəqiqədə bir uşaq münaqişə və ya xəstəlik səbəbilə ölür", - deyə bildirib.

BMT baş katibi Yəmən böhranının sülh yolu ilə həll edilməsinə çağırıb və bunun əldə edilməsi üçün hər cür səy göstərilməli olduğunu söyləyib.

Qeyd edək ki, artıq 6 ildir ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır.

Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.

Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. Hazırda Yəməndə aclıqdan əziyyət çəkən 16 milyon insan var.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031