Avropa İttifaqı arakan müsəlmanlarına yardım ayırdı
Mьəllif: admin1
Tarix: 24-02-2021, 20:04
Bцlmə: Xəbərlər
Avropa İttifaqı arakan müsəlmanlarına yardım ayırdı
Avropa İttifaqı (Aİ) Komissiyası məcburi köçkün, münaqişədən təsirlənən və yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbilə vəziyyətləri daha da pisləşən arakanlı müsəlman qaçqınlara humanitar yardımın veriləcəyini açıqlayıb.

Açıqlamada arakan müsəlmanlarının qida, sığınacaq, təhsil və səhiyyə kimi sahələrdə qeyri-hökumət təşkilatları vasitəsilə istifadəsi üçün Banqladeşə 24,5 milyon avro, Myanmaya 11,5 milyon avro pul ayırıldığı və həmçinin arakan müsəlmanlarının təhlükəsizlik ehtiyacları üçün də 3 milyon avro ayırıldığı bildirilib.

Açıqlamada Aİ-nin Rohinca böhranı səbəbilə 2020-ci ildə Banqladeşə 39,8 milyon avro humanitar yardım verdiyi xatırladılıb.
(eastnews.org)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031