Ən yüksək zirvələrdə İmam Hüseynin (ə) bayrağını qaldıran alpinist son səfərində həlak oldu
Mьəllif: admin1
Tarix: 19-02-2021, 18:05
Bцlmə: Xəbərlər
Ən yüksək zirvələrdə İmam Hüseynin (ə) bayrağını qaldıran alpinist son səfərində həlak oldu
Əhli-Beyt (ə) sevdalısı və dünyanın ən yüksək zirvələrində dini bayraqlar qaldıran pakistanlı alpinist Məhəmməd Əli Sadpara həyatını itirib.

Deyerler.org xəbər verir ki, Pakistanın milli qəhrəmanı və alpinisti Məhəmməd Əli Sadpara, oğlu Sacid Sadpara da daxil olmaqla xarici alpinistlərin müşayiəti ilə dünyanın ikinci ən yüksək zirvəsinə (K2) qalxmaq üçün səfərə başlamışdı.

Fevralın 5-i Sacid Sadpara tənəffüs probleminə görə, düşərgəyə qayıtsa da, atası Məhəmməd Əli Sadpara düşərgəyə qayıtmadı.

Pakistan ordusu və digər qurumlar Məhəmməd Əli Sadpara və bir xarici alpinistin xilas edilməsi üçün xilasetmə əməliyyatı həyata keçirsə də, onların izinə rast gəlmədi.

Gilgit-Baltistanın turizm naziri Raca Nasir Əli Xan və Sacid Sadpara keçirdikləri mətbuat konfransında, pakistanlı alpinist Məhəmməd Əli Sadparanın ölümünü təsdiqləyiblər.

Məhəmməd Əli Sadparanın oğlu Pakistannın baş naziri İmran Xana, Pakistan Ordusunun baş komandanı general Qamar Cave Bajvaya və cəsur hərbi pilotlara xilasetmə əməliyyatı üçün təşəkkür edib.

Qeyd etmək lazımdır ki, Pakistan qəhrəmanı Məhəmməd Əli Sadpara dünyanın 14 ən yüksək zirvəsindən 8-ə qalxmış və İmam Hüseynin (ə) bayrağını bu zirvələrə taxmaq şərəfinə nail olmuşdu.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930