Tanınmış almaniyalı vlogger Kristian Betzmann İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 16-02-2021, 22:06
Bцlmə: Xəbərlər
Tanınmış almaniyalı vlogger Kristian Betzmann İslam dinini qəbul etdi
Məşhur almaniyalı yazar və səyahət vloggeri Kristian Betzmann, İnstaqram səhifəsi ilə pərəstişkarlarına İslam dinini qəbul etməsi haqqında qərarını elan edib.

Deyerler.org Aboutislam-a istinadən xəbər verir ki, Betzmann statusunda bunları yazıb: “İslam sülh dinidir və mən daha dərin əlaqə və özüm üçün daha dərindən yaşamaq və araşdırmaq istədiyim halı hiss etdim.

Vlogger ən yaxşı uşaqlıq dostlarının müsəlman olduğunu söyləyərək, İslamı sülh dini adlandırıb.

Avropada böyüdükdə İslam sözü həmişə mənfilik, müharibə, terrorizmlə əlaqəli idi və dürüst olmaq üçün əvvəllər heç vaxt dindar olmadım, buna görə o vaxt insanların nə düşündüyünü maraqlandırmırdım.

Uşaqlığımdakı ən yaxşı dostlarım müsəlmanlar idi və daxildən hamımız, həyat dediyimiz eyni simulyasiyada insanlarıq”.

YouTube blogerinin dostları Şam İdris, Zaid Əli və şou-biznesdə tanınmışlardan olan Minal Xan, Zoya Nasir və Zara Nur Abbas kimi simalar Betzmannın İslam dinini qəbul etmək qərarını məmnunluqla qarşılayıb.

Minal belə deyib: “MaşaAllah, gözəl, gözəl, gözəl” deyə şərh yazıb. Zoya isə, yeni müsəlmana bunları yazıb: “MaşaAllah! Allah sizə arzu etdiyiniz hər şeyi və daha çoxunu nəsib etsin. Şanslı olanlar axtardıqlarını tapanlardır”.

Zaid də təbrik mesajında bunları yazıb: “Xoş gəlmişsiniz qardaşım! Bu səyahət sizin üçün asan olsun və Allah sizə dünyadakı bütün xoşbəxtlikləri nəsib etsin”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930