Yəmən ordusu Səudiyyə rejiminin iki aeroportunu PUA-larla vurdu
Mьəllif: admin1
Tarix: 15-02-2021, 21:41
Bцlmə: Xəbərlər
Yəmən ordusu Səudiyyə rejiminin iki aeroportunu PUA-larla vurdu
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin Ciddə və Əbha beynəlxalq hava limanlarındakı hərbi mövqeləri pilotsuz təyyarələrlə hədəfə aldıqlarını elan edib.

Deyerler.org xəbər verir ki, general-mayor Yəhya Sərii az əvvəl Tvitter üzərindən paylaşdığı mesajında bunları qeyd edib: “Allahın lütfü ilə Yəmənin PUA birliyi bu gün (15 fevral) Səməd 3 və Qasef 2K tipli iki PUA ilə Ciddə və Əbha iki beynəlxalq hava limanını hədəfə aldı.

Hədəflər çox dəqiq şəkildə vuruldu və iki hava limanının ardıcıl iki saat bağlanmasına səbəb oldu.

Əməliyyat Səudiyyə rejiminin koalisiyasının təcavüzünün artmasına və Yəmənin blokadasına qarşı təbii və qanuni cavabın bir hissəsi idi.

Bütün vətəndaşları bir daha (Səudiyyə rejiminin koalisiyası) tərəfindən hərbi məqsədlər üçün istifadə olunan hava limanlarından və bazalardan uzaq durmağı barədə xəbərdar edirik”.

Bu, Yəmən ordusunun Səudiyyə rejiminin cənubundakı Əbha hava limanına son bir həftədə həyata keçirdiyi beşinci PUA hücumudur.

Dünən (14 fevral) Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səməd 2 və Səməd 3 PUA-ları ilə Əbha Hava Limanını hədəfə aldığını bildirmişdi.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930