Qərb ölkələri xüsusi xidmət orqanları İŞİD komandirləri ilə görüşüb
Mьəllif: admin1
Tarix: 14-02-2021, 10:33
Bцlmə: Xəbərlər
Qərb ölkələri xüsusi xidmət orqanları İŞİD komandirləri ilə görüşüb
ABŞ tərəfində nəzarət altında saxlanılan Suriyanın ət-Tənf bölgəsində bu il ABŞ, Fransa, Böyük Britaniya və bir neçə region ölkəsi xüsusi xidmət orqanları görüş keçirib.

Görüşə, həmçinin İŞİD terrroçularının səhra komandirlərinin cəlb edildiyi iddia edilir. Bu barədə RİA "Novosti"yə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə əsasən, ət-Tənf və Suriya Ərəb Respublikası ilə sərhəddə yerləşən ölkələrdə Suriya hökumət qüvvələri, İranın dəstəklədiyi qüvvələr, həmçinin Rusiya hərbçilərinin yerləşdiyi bazalara hücumların aktivləşdirilməsi müzakirə edilib.

"Bundan əlavə, terrorçulara hücum etmək tapşırılıb. Həmçinin partlayıcı ilə doldurulmuş avtomobillərdən istifadə etməklə paytaxt bölgəsi də daxil olmaqla Suriyanın hər yerindəki iqtisadi və nəqliyyat infrastrukturu obyektlərinə", - deyə mənbə əlavə edib.

Hədəflər siyahısında xristian kilsələri, məscidlər və ibadət evləri yer aldığı qeyd edilib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031