BMT: “Yardım edilməsə Yəməndə aclıqdan 400 min uşaq öləcək”
Mьəllif: admin1
Tarix: 13-02-2021, 22:12
Bцlmə: Xəbərlər
BMT: “Yardım edilməsə Yəməndə aclıqdan 400 min uşaq öləcək”
BMT baş katibinin sözçüsü Stefan Dujarriç Yəməndə 400 min uşağın şiddətli aclıqdan əziyyət çəkdiyini bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Stefan Dujarriç bugünkü mətbuat brifinqində bunları deyib: “Yeni hesabatda, təxminlərə görə, bu il 5 yaşınadək təxminən 2 milyon 300 min uşağın ciddi qidalanma problemi yaşanacağı bildirilib.

Bunların arasında 400 min nəfərin şiddətli aclıqdan əziyyət çəkəcəyi və təcili müalicə almayacağı təqdirdə öləcəyi gözlənilir”.

Hesabatın BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Dünya Qida Proqramı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlandığını bildirən Dujarriç, BMT qurumlarının bunun 2015-ci ildə qarşıdurmanın şiddətlənməsindən etibarən Yəməndə qeydə alınan ən yüksək qidalanma problemi səviyyələrindən biri olduğuna dair xəbərdarlıq etdiyini bidirdi.

“Yəmən humanitar yardım planı son dərəcə zəif maliyyələşdirilir. Plana 2020-ci ildə tələb olunan 3,4 milyard dollardan yalnız 1,9 milyardı əldə oluna bildi”, - deyə o, bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930