İranın nüvə alimi Şəhid Möhsün Fəxrizadəyə sui-qəsdlə bağlı yeni iddia
Mьəllif: admin1
Tarix: 11-02-2021, 20:45
Bцlmə: Xəbərlər
İranın nüvə alimi Şəhid Möhsün Fəxrizadəyə sui-qəsdlə bağlı yeni iddia
Britaniyanın həftəlik dərc olunan Cuiş Kronikal (“The Jewish Chronicle”) qəzeti, İranın nüvə alimi Möhsün Fəxrizadənin məsafədən idarə olunan bir tonluq avtomatik silahla öldürüldüyünü yazıb.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, qəzet kəşfiyyat mənbələrinə istinadən hazırladığı hesabatında, şəhid Fəxrizadənin ən azı bir ton ağırlığında avtomatik silah və bir pultla öldürüldüyünü yazıb.

Hesabatda Mossad kəşfiyyat xidmətinin bu ağır silahın bəzi hissələrini səkkiz ay ərzində İrana qaçaqmalçılıq yolu ilə gətirdiyi və sonra yığdığı bildirilir.

Cuiş Kronikal hesabatının bir hissəsində şəhid Fəxrizadəyə qarşı sui-qəsd qərarının 2018-ci ildə İranda bir əməliyyat zamanı Mossadın ələ keçirdiyi sənədlərdə Fəxrizadənin nüvə proqramının əsas siması olduğu müəyyən edildikdən sonra qəbul edildiyi yazılıb.

Sui-qəsd planı 2020-ci ilin martında qüvvəyə minib. Əvvəlcə İsrail rejiminin bir qrup agenti yerli agentlərlə işləmək üçün İrana göndərilib.

Həm israilli, həm də iranlı olan 20-dən çox agentdən ibarət komanda əvvəlcə Fəxrizadəni izləməyə başlayıb.

Mənbələrdən biri belə deyir: “Komanda son dərəcə təfərrüatlı, dəqiqə-dəqiqə bir plan hazırladı. 8 ay adamla (Fəxrizadə) bir nəfəs aldılar, onunla oyandılar, onunla yatdılar, onunla səyahət etdilər. Təraş lasyonundan istifadə etsəydi, təraşdan sonra qoxusu da ala bilərdilər”.

Fəxrizadənin cümə günü Tehranın şərqindəki iqamətgahına gedərkən öldürülməsinə qərar verildi. Yolu, sürəti, saatı və hətta istifadə etdiyi qapıları bəlli olan Fəxrizadənin yolunun üzərində uzaqdan idarə olunan və dəlillərin məhv edilməsi üçün bomba inteqrasiya edilmiş silah yerləşdirildi.

Partlayıcı maddələr də daxil olmaqla bir ton ağırlığında olan silah hissə-hissə İrana gətirilib. Yol kənarındakı yük maşınının içərisinə yerləşdirilən silah, Fəxrizadə yaxınlaşdıqda onu izləyən agentlər tərəfindən uzaqdan atəşə tutuldu.

Fəxrizadə 13 güllə ilə öldürüləndə, Mossad qrupu silahı əvvəlcədən quraşdırılmış bomba ilə partladaraq hadisə yerindən qaçdı. Qəzetə danışan bir mənbə agentlərin hamısının İrandan çıxmağı bacardığını söyləyib.

Sui-qəsdin İsrail rejimi tərəfindən ABŞ-ın müdaxiləsi olmadan həyata keçirildiyini və hücumdan əvvəl Vaşinqtona çox kiçik ipucu verildiyini bildirən mənbə, daha çox sui-qəsdin Mossad tərəfindən planlaşdırıldığını da bildirib.

Qərb kəşfiyyat agentlikləri tərəfindən İranın hərbi nüvə proqramının atası olaraq xarakterizə edilən şəhid Möhsün Fəxrizadə, 28 noyabr 2020-ci ildə terror edilib.

Fəxrizadə İsrail rejiminin baş naziri Binyamin Netanyahunun 2018-ci ilin mayında İranın nüvə proqramı ilə bağlı təqdimatında bəhs etdiyi yeganə iranlı alim idi.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930