İran İsrailə xəbərdarlıq etdi: "Yerlə bir edərik!"
Mьəllif: admin1
Tarix: 28-01-2021, 11:45
Bцlmə: Xəbərlər
İran İsrailə xəbərdarlıq etdi: "Yerlə bir edərik!"
İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Əbulfəzl Şəkərçi İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi general-leytenant Aviv Kohavinin İrana qarşı etdiyi son açıqlamalardan sonra İsrail rejiminin “ən kiçik səhvi” olduğu təqdirdə İsraili vuracaqları ilə hədələyib.

“Sionist rejimin İslam Respublikasına qarşı ən kiçik bir səhvini görsək, onlara görə İrana zərbə vurmaq üçün nəzərdə tutulan raket bazalarına zərbə endirəcəyik, həmçinin ən qısa müddətdə Hayfa və Təl-Əvivi yerlə bir edəcəyik”, - deyə Ə.Şəkərçi İRİB-ə müsahibəsində bildirib.

O bildirib ki, İsrail hakimiyyəti İslam Respublikasının Silahlı Qüvvələrinin gücü barədə heç bir şey bilmir və təsəvvür etmir. General İsrailin səhvləri halında "İsrailin məhv edilməsi"nin İranın gündəmində olduğunu da əlavə edib.

Xatırladaq ki, yanvarın 26-da Aviv Kohavi İranla nüvə anlaşmasının həm əməliyyat, həm də strateji səviyyədə pis olduğunu və buna yol verilməməsini vurğulayıb.

O, mövcud planlardan əlavə İran üçün bir sıra əməliyyat planları hazırlamağı da tapşırdığını açıqlayıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031