BMT baş katibi Rusiya peyvəndi barədə danışdı
Mьəllif: admin1
Tarix: 28-01-2021, 11:43
Bцlmə: Xəbərlər
BMT baş katibi Rusiya peyvəndi barədə danışdı
BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyanın koronavirus peyvəndini mümkün qədər tez təsdiqləməsini gözlədiyini açıqlayıb.

O, "Bilirəm ki, hazırda Rusiya ilə ÜST-dəki səlahiyyətlilər arasında əlaqə var, ümid edirəm ki, bu əlaqələr onun (Rusiya peyvəndinin) ÜST tərəfindən mümkün qədər tez tanınması və ya təsdiqlənməsinə gətirib çıxaracaq", - TASS-a müsahibəsində bildirib.

BMT baş katibi Rusiya koronavirus peyvəndinin BMT missiyalarında istifadə edilə biləcəyini və pandemiya ilə mübarizədə çox əhəmiyyətli rol oynaya biləcəyini açıqlayıb.

"Rusiya peyvəndinin bu mübarizədə çox əhəmiyyətli rol oynaya biləcəyinə inanırıq. Bu, peyvəndlərə ehtiyac duyduğumuz yerlərdə və zəif bölgələrdə BMT nümayəndəliklərində, işçilər və barışıq əməliyyatları zamanı dəstəklədiyimiz yerli əhali üçün istifadə edilə bilər”, - deyə Quttereş bildirib.
(eastnews.org)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031