Səudiyyə rejimi Yəmənin şimalına güclü bomba zərbələri endirdi
Mьəllif: admin1
Tarix: 27-01-2021, 22:10
Bцlmə: Xəbərlər
Səudiyyə rejimi Yəmənin şimalına güclü bomba zərbələri endirdi
Səudiyyə rejiminin koalisiyası dünən (26 yanvar) axşam Yəmənin şimalındakı Məarib və Saada vilayətlərindəki şəhərləri ağır hava hücumları ilə hədəfə alıb.

Deyerler.org xəbər verir ki, Əl-Məsirə şəbəkəsinə görə, Səudiyyə rejiminin döyüş təyyarələri Məarib vilayətindəki Sərvah şəhərini beş dəfə, Cəbal Murad şəhərini bir dəfə bombalayıb və Saadadakı Əl-Zahir şəhərinə yeddi dəfə bombalayıb.

Səudiyyə rejiminin sərhədçiləri də Saada vilayətinin Manbeh sərhəd qəsəbəsindəki Cara bölgəsinə də atəş açaraq, iki Yəmən vətəndaşını yaralayıblar.

Yəmənin neft və qaz ehtiyatları ilə zəngin olan Məarib vilayəti Yəmən ordusu və inqilabi xalq komitələri tərəfindən azad edilməsinə bir addım qalır.

Yanvarın 25-i Saada əyalətində minlərlə insan, ABŞ hökumətinin Ənsarullah hərəkatına və bir sıra liderlərinə qarşı təzyiqlərini pisləyən və Səudiyyə rejimi-ABŞ koalisiyasının Yəmənə təcavüzünə son qoyulmasını istəyən kütləvi nümayiş keçirmişdi.

Səudiyyə rejiminin koalisiyası son günlərdə Yəmənin müxtəlif bölgələrində hava hücumlarını gücləndirməsinə baxmayaraq, ABŞ-ın yeni rəhbərliyi ilə Yəməndə atəşkəsin alqışlandığını iddia edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930