Hacıyev: "Azərbaycan və Türkiyənin birgə işbirliyi Gürcüstanın inkişafına çox böyük töhfələr verib"
Mьəllif: admin1
Tarix: 27-01-2021, 22:05
Bцlmə: Xəbərlər
Hacıyev: "Azərbaycan və Türkiyənin birgə işbirliyi Gürcüstanın inkişafına çox böyük töhfələr verib"
“Azərbaycan və Türkiyənin birgə işbirliyi Gürcüstanın inkişafına çox böyük töhfələr verib. Qardaş gürcü xalqı da bunu çox böyük qiymətləndirir".

24News.ge xəbər verir ki, bu sözləri “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hacıyev deyib ki; "Bizim Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var. Qarşıdan gələn dövrlər ərzində də biz bu sahələrlə bağlı fəaliyyətimizi artırmalıyıq”.

“Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə və regionumuzda hələ də kövrək olan sülhün davamlı sülhə köçürülməsi prosesində aktiv şəkildə iştirak edəcək”, - deyə H. Hacıyev bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930