İslam dinini qəbul edən İspaniyalı Məryəmin həyat hekayəsi: Həzrət Fatimə, İmam Əli mənim üçün...
Mьəllif: admin1
Tarix: 24-01-2021, 21:00
Bцlmə: Xəbərlər
İslam dinini qəbul edən İspaniyalı Məryəmin həyat hekayəsi: Həzrət Fatimə, İmam Əli mənim üçün...
O, Beynəlxalq Shafaqna xəbər agentliyinin İspaniya şöbəsinə verdiyi müsahibədə həyatı, müsəlman olması, şiə məzhəbi ilə tanışlığı barədə və qərb ölkələrində yaşayan müsəlmanların problemlərindən danışıb.

Az.shafaqna.com müsahibənin tərcüməsini təqdim edir:

Shafaqna: Lütfən, özünüz barədə oxucularımıza məlumat verin

Məryəm Martinz: Adım Məryəmdir. İspaniyanın Barselona şəhərində doğulmuşam. Ailədə 4 qardaş və 4 bacıyıq. Ailəm kasıb olduğu üçün məni xristian rahibələrin təhsil aldığı məktəbə göndərdi ki, orada dərs oxuya və kasıblığın sıxıntılarından uzaq qala bilim. Mən dərslərimi yaxşı oxudum. Sonralar təhsilimi psixologiya və hüquq ixtisasları üzrə davam etdirdim. Amma Ali təhsili başa vura və diplom ala bilmədim. Çünki 17 yaşımda ata-anamdan uzaq, tək və heç bir dəstəyim olmadan kasıb yaşayırdım və işləməyə məcbur idim.

Uşaqlığımdan çalışqan, bilmədiyim hər bir şeyi öyrənməyə maraqlı, çətinlikdən qorxmayan və öz batinini kəşf etmək istəyən biri idim. Həmişə bizi qoruyan fövqəlada bir varlığın mövculuğuna inanırdım. Həyatımın enişli-yoxuşlu yollarını keçdikdən və İslam dini ilə tanış olduqdan sonra özümü tapdım. Sonra da dostum, həyat şərikim və həyat yoldaşım ilə tanış oldum. O, Küveytlidir. Ailəsi isə İraqın Bağdad və Nəcəf şəhərlərindəndirlər. Biz Almaniyada iranlı bir ruhaninin oxuduğu nikah ilə evləndik. Üç övladımız uşaq ikən onları İslami dəyərlərlə tərbiyə edə bilmək üçün Uelsə, ərimin qohumlarının yanına mühacirət etdik. Uelsdə şiələr sakit və aram bir cəmiyyət yaradıblar. Müxtəlif yerlərdən olan insanlar bir-biri ilə hörmətlə və mehriban davranırlar. Övladlarım böyüyüblər, təhsillərini davam etdirirlər, mömin, inanclı və düzgün insandırlar.



Shafaqna: İslam dini ilə necə tanış oldunuz?

Məryəm Martinz: Mən İslam dini ilə ilk dəfə 1976-cı ilin Baharında tanış oldum. Qəzet köşklərindən birinin qarşısında bir şəkil diqqətimi özünə cəlb etdi. Şəkildəki qara əmmaməli kişiyə buynuz qoymuşdular. Onu şeytan deyə təsvir etmişdilər.

O zaman mən Barselonada rahibələrin iqamətgahında qalırdım. Dərsə qayıtdığım zaman o foto zehnimdə canlanırdı. Çünki hər şeyi kəşf etməyə maraqlı biri idim. Çox sevdiyim müəlliməmdən həmin əmmali şəxs barədə soruşdum. O cavab verdi ki, o, müsəlmanlar arasında məzhəbi azlıqlardan biri olan şiələrin rəhbəridir. Onu bütün dünya tanıyır. Onunla tanışlıq həvəsi məni İslam İnqilabı barədə axtarışa sövq etdi. Kəşf etdiyim nəticələr məndə böyük təsir qoydu. Və mən heç cür anlaya bilmirdim ki, bir qəzet mömin, dahi və dünyapərəstliyə heç bir meyli olmayan bir şəxsi necə “şeytan” adlandıra bilir. Elə bir şəxs ki, bir milləti zülm və ədalətsizlik qarşısında müttəhid etmişdi. Elə bir şəxs ki, xalqı onu qarşılamağa göz yaşları ilə çıxmışdılar. Bu hadisə, mənim İmam Xomeyni ilə tanışlığım İslamla ilk tanışlığım idi.



Shafaqna: Necə oldu ki, İslam dinini qəbul etdiniz?

Məryəm Martinz: Həyatım bir nöqtəyə çatdı ki, mənəvi böhranla üzləşdim. Mənə məyusluq, ümidsizlik və puçluq düşüncəsi hakim kəsildi. Xristianlıq mənim mənəvi böhranım və suallarıma cavab verə bilmirdi. Buna görə də yavaş-yavaş kilsədən soyudum. Amma vicdanım həmişə bizə kömək edəcək metafizik bir gücün olduğuna inanırdı. Elə bir güc ki, onunla danışa, dua və münacat edə və ondan kömək istəmək olur. Mənim üçün bu inamdan başqa bir şey qalmamışdı. Bu arada mütaliə edir, araşdırma aparırdım. Şerdən tutmuş fəlsəfəyə qədər hər bir şeyi oxuyurdum. Amma bunların heç biri məni sakitləşdirmirdi.

Elə həmin günlərin birində bir kitab mağazasında Quranla rastlaşdım. Onu açdım. İlk oxuduğum cümlə “Bağışlayan və rəhm edən Allahın adı ilə” ifadəsi oldu. Və elə bu mənə kifayət etdi. Düşündüm ki, əgər Bağışlayan və Rəhm edən bir Allah varsa, onu özüm üçün istəməliyəm. Çünki ona çox ehtiyacım var. Mehriban və rəhimli olan birinin həyatımda olması mənim üçün çox zəruri və həyati bir məsələ idi.

Bu, yolumun başlanğıcı oldu və mən daha çox araşdırmağa başladım. Çoxlu kitab və məqalə oxudum. Quranın qiraəti mənə anında təsir qoyurdu və mənim həyatım Quranın inkarolunmaz hədəf və proqramlarından təsirlənirdi.

Araşdırmalarımın davamında İmam Əlinin (ə) xütbə, qısa kəlamlar, məktubları və İmam Xomeyninin (r.ə) “40 hədisin şərhi” kitabı ilə tanış oldum. Bu kitabların irfani cəhətlərini kəşf etdim. İslamın məntiq və mərifət dini olduğunu anladım. İslamda iman məntiq və mərifət yolu ilə qazanılır, quru təəssübkeşliklə deyil… Bu mənim ürəyimə çox yatırdı, qəlbim, zehnim və ruhum sakitləşirdi və mən artıq bütün suallarımın cavabını tapmışdım.



Shafaqna: Müsəlman olmağınızla nəyi qazandınız və nəyi itirdiniz?

Məryəm Martinz: Deməliyəm ki, həyatım bütün mənfi və pis şeylərini itirdim və əvəzində aramlıq və sakitlik qazandım. Bu dünyada şadlıq və əzabın keçici olduğunu və bizi gözləyən ədəbi bir həyatın olduğunu bilmək insana aramlıq, dinclik və sakitlik verir. Mən hər bir qorxunu özümdən uzaqlaşdırdım.

İslamdan öncə isə hər şeydən inciyir və qorxurdum. Özümü itirməkdən, ailə, dostlar, iş və subaylıqdan qorxurdum. Bu gün isə ürəyim heç nə üçün sıxılmır. Sıxıldığım tək şey budur ki, nə üçün İslam ilə gec tanış oldum.

Bu gün əldə etdiyim hər şey, Peyğəmbər və Əhli-Beytini sevmək, İmam Əli və xanım Fatiməni (s) tanımaq, eşq, dostluq, sakitlik və sair, hamısı Allahın lütfü və rəhmətidir.

Xanım Fatimə, İmam Əli və övladları (ə) Qurani-Kərimin bəyan etdiyi dəyərlərin ən bariz nümunələridirlər. Yeni həyatımda öyrəndiyim hər şeyi onların vasitəsi ilə əldə etdim. Onlar mənə necə bir ana, necə bir ailə, necə uşaq tərbiyə etməyi, necə qonşu və necə vətəndaş olmalıyamı öyrətdilər.

İslam mənə böyük möminlər cəmiyyətinin bir hissəsi olmağımı hədiyyə etdi.

İslam mənə öyrətdi ki, Allahdan başqa heç kimdən nəsə gözləməyim, onun rəhmət və hidayətin ümidsiz olmayım.

İslam mənə öyrətdi ki, bu dünya hər şeyin sonu deyil, bir sınaq körpüsüdür. Bizim əbədiliyimiz başqa bir dünyada olacaqdır. Bura özümüzü və Allahımızı tanımaq üçün bir yerdir.

Xülasə olaraq deyim ki, İslam təkcə necə yaşamağı öyrədən müəllim deyil, İslam qəlbimizin dərinliyində hiss etdiyimiz hər şeydir.

Shafaqna: Sizin fikrinizcə, İslam və xristianlığın nə kimi müştərək məqamları var?

Məryəm Martinz: Mən inanıram ki, hər iki dininin əsasları oxşardır. Hər iki dini ruhi və əxlaqi təlimlər üzərində köklənib. Məsələn, hər iki din deyir ki, özünü sevdiyin kimi digərlərini də sev.

Shafaqna: İslam və xristinalıq ümümbəşəri və beynəlxalq sülhə necə kömək edə bilərlər?

Məryəm Martinz: Bu suala cavab vermək bir az çətindir. Çünki bütün dünyaya sülhün hakim kəsilməsi üçün uzunmüddətli bir prosesə və müxtəlif amillərə ehtiyacı var. Məsələn, əvvəlcə gərək dünayaya ədalət və həqiqət hakim olsun. Bunun üçün insanların əskəriyyəti elmli və agah olmalıdırlar. Bütün sahələrədə, o cümlədən siyasət, iqtisadiyyat, təhsil, tibb və məhkəmə sistemlərində köklü dəyişikliklər olmalıdır. Bütün insanlar bərabər imkan və hüquqlardan yararlana bilməlidirlər. Bunun üçün isə dərin islahatlar aparmaq lazımdır. Buna görə də təkcə həqiqi İslam bütün dünyada sülhün bərqərar olmasına kəmək edə bilər.

Shafaqna: İslamın namaz, oruc, hicab və sair hökmləri barədə nə düşünürsünüz?

Məryəm Martinz: Bütün dinlərdə insanların yerinə yetirəcəyi bəzi qanunlar mövcuddur. Buna görə də İslamın da İlahi göstərişlər əsasında hökmləri və qanunları olması məntiqi və normaldır. Məncə, biz bu qanunların qarşısında sadiq və itaətkar olmalıyıq. Çünki Allahın şükrünü yerinə yetirmək üçün biz İlahi qanunlara boyun əyməliyik və digər tərəfdən bu qanunlar bizim xeyiriməzdir. Hicab ilk günlərdə mənim üçün çətin olsa da, indi mənim varlığımın bir parçasıdır, hicabı sevirəm, hicab məni agah edir və məni qoruyur.

Shafaqna: Siz, qadınların hazırkı vəziyyətini İslam və xristianlıqda necə dəyərləndirirsiniz?

Məryəm Martinz: Keçən 20 il ərzində qadınların vəziyyəti çox dəyişib. Qərbli və xristian qadın özünü cəmiyyətin, xüsusi ilə də kişilərin onlara etdiyi zülmdən və sırf işçi qüvvəsi olmaqdan qurtarmağa çalışıb.

Amma nəticəsi bu olub ki, dırnaq arası “qadın azadlığı” şüarı qadınları evdə və cəmiyyətdə daha çox işləməyə məruz qoyub və onları ailə və övladından uzaqlaşdırıb. Bu “azad”lığı nəticəsi ailənin dağılması və vəziyyətin daha da çətinləşməsi oldu.

Deyə bilərik ki, feminizm inqilabı “qadın müstəqil olmalıdır” və “qadınlar bərabər hüquqlardan istifadə etməlidir” kimi yanlış təsəvvür ilə hər şeyi məhv etdi. Qadınların nədəsə haqqının olması sadəcə bir görüntüdür. Hazırda İspaniyada bir kişinin həyatına son qoymaq çox asandır.

Bunun üçün kifayətdir ki, qadın kişinin onunla pis rəftar etdiyini, hətta yalandan polisə məlumat versin. Onlar qadın olduğun üçün sənə haqq verəcəklər.

Buna görə də qərbli qadın dəyərləri sındırır və xristianlıq dəyərlərindən uzaqlaşır. Allahı xatırlayanlar və dua üçün toplaşanlar azalıb. Qadınlar həqiqi dəyərlərini itirib və və xalis əmtəəyə çeviriliblər. Əlbəttə mən bunu ümumiləşdirə və hamıya aid edə bilmərəm. Çünki az da olsa əqidə və imanına sadiq qalan xrsitian qadınlar var.

Müsəlman qadınlar barədə həmin hadisə baş verib. Qadınlar bu gün daha çox müstəqil və azaddırlar. Onlar ali məktəblərdə təhsil alır və istədikləri ixtisasa yiyələnirlər. Şübhəsiz ki, bu məsələyə sevinməliyik. Amma eyni halda cəmiyyətdə istehlakçı qadınlar çoxalıb.

Qadınların həyatı müasir dəbdəbəçiliyə aludə olub. Bu da müsəlman qadınlar küçə və bazara hicabsız görkəmdə axışmasına səbəb olub.

Hətta hicablı qadınlar da geyimlərini günün dəbinə uyğun dəyişirlər və qadınlar həddindən artıq kosmetkadan istifadə edərək özlərini “çin gəlincik”lərinə oxşadırlar.

Və biz bunu təkcə cavanların ayağına yaza bilmərik. Bizim də təqsirimiz var. Biz onlara İslamı olduğu kimi tanıda bilməmişik.

Xülasə olaraq deyim ki, hazırda bütün dini cəmiyyətlərdə dağılma böhranı baş verir. İslam dini barədə də deməliyəm ki, bir çox insanların İslam dini qəbul etməsinə rəğmən, bu dində doğulanların çoxunun elə də məzhəbi fəaliyyəti yoxdur.

Ümumi olaraq xanımların maddi məsələlərə marağı daha çoxdur və mənəvi məsələlərdən uzaqlaşırlar. Məscidə cavan xanımların az getməyi insanı nigaran edir.

Shafaqna: Böyük müsəlman qadınlarından nə öyrənmisiniz?

Məryəm Martinz: Qadın fövqəladə bir varlıqdır. Əgər vücudunda olan fövqəladə gücdən yaxşı istifadə etsə, hər bir şeyi dəyişməyə qadirdir. Peyğəmbərin (s) buyurduğu kimi “cənnət anaların ayaqları altındadır”. Həqiqətən də qadındakı eşq xariquladə və hər şeyi dəyişə biləcək bir gücdür.

Mənim üçün İslam tarixində Həzrət Zəhra (s) ən yaxşı meyar və nümunədir. O, fəzilət və dəyərlərin ən üstününə malik bir xanımdır. O elə bir xanımdır ki, vəhy mələyi Həzrət Cəbrayıl (ə) onun görüşünə gəlirdi.

O, mənim ürəyimdə həmişə hazırdır. Onu bir ana və bir həyat yoldaşı kimi həyatıma örnək götürmüşəm. Çətin anlarımda onu düşünürəm ürəyim sakitləşir. Onu düşündüyüm zaman öz qəmlərimi unuduram. Onu düşünmək mənə güc verir. O, mənim üçün ən ideal qadın nümunəsidir.

Shafaqna: İslam sizin şəxsi və ictimai həyatınızda nə kimi təsirlər qoyub, bir ana və həyat yoldaşı kimi?

Məryəm Martinz: İslam mənim həyatımın hər bir sahəsinə təsir edib və dəyişib. Ən əhəmiyyətlisi də budur ki, röyalarla deyil, həqiqi bir həyatı agahanə yaşayıram. İslam mənim üçün həqiqi mərifət qapılarını mənim üçün açdı.

Özümü tanımaq üçün ruhuma güc verdi. Ürəyimi mülayim edib və onu həqiqi həyata olan eşqlə doldurub. Çətin və mənfi işlərin müsbət tərəfini görərək səbr etməyi bacarıram.

İslam mənə Allahı, Rəsulunu və Əhli-Beyti tanımaq fürsəti verib. Onların vasitəsi ilə dərin məzmunlu və mənalı duaları öyrənmişəm. Onların sözləri qəlbi hədəfə almış eşq oxudur.

İslam mənə bir ana kimi daha məsuliyyətli olmağı öyrədib. İslam dini sayəsində mən və ailəm bir komandayıq. Mən həmişə uşaqlarımızın tərbiyəsi üçün onunla məsləhətləşirəm. O mənim həyatımın zəruri bir parçasıdır.

Həyat yoldaşım və övladlarım İslam dininin göstərişlərinə və Əhli-Beytə (s) vəfadar və sadiqdirlər.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031