Suriya İsrail rejiminin hava hücumunu dəf etdi
Mьəllif: admin1
Tarix: 22-01-2021, 16:34
Bцlmə: Xəbərlər
Suriya İsrail rejiminin hava hücumunu dəf etdi
Suriyanın rəsmi xəbər agentliyi SANA bu gün (22 yanvar) səhər ölkənin hava hücumundan müdafiə sistemlərinin İsrail rejiminin Hama vilayətinə qarşı təcavüzünün qarşısını aldığını bildirib.

Deyerler.org xəbər verir ki, bundan əvvəl bəzi xəbər mənbələri, Hama vilayətində bir neçə partlayışın eşidildiyini bildirmişdi.

Hama vilayəti ölkənin qərbində yerləşən 14 Suriya vilayətindən biridir. Bu vilayətin paytaxtı Asi çayının sahilində yerləşən Hama şəhəridir. Şəhər Dəməşqdən 213 km və Homsdan 46 km şimalda yerləşir.

SANA-nın xəbərində belə qeyd edilib: “Səhər saat 04:00 radələrində düşmən İsrail rejimi Livanın Tripoli şəhərindən Hama vilayətinin yaxınlığındakı mövqeləri hədəfə alan hava hücumu təşkil etdi”.

Hərbi mənbələrə istinadən bildirilir ki, Suriyanın hava hücumundan müdafiə qoşunları atılan raketlərin əksəriyyətini dəf edib.

Sosial şəbəkədə gedən xəbərlərdə hücumların Livanın şimalından Hamaya qədər olduğu bildirilir. Partlayışların səsi Tartus şəhərində də eşidilib.

Sputnik xəbər agentliyi xəbər verir ki, hücumun hədəfi Hamanın kənarındakı Masyaf şəhəri yaxınlığında bir araşdırma mərkəzi olub. Hələlik itki və dağıntı barədə məlumat verilməyib.

Sionist rejimin qırıcıları vaxtaşırı Livan və ya İordaniya hava məkanından istifadə edərək Suriyanın şərq və şimal-qərbindəki hədəflərə raket zərbələri endirirlər.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031