Bu ölkədə təhsil müəssisələrində hicaba qadağa ləğv edilir
Mьəllif: admin1
Tarix: 21-01-2021, 11:06
Bцlmə: Xəbərlər
Bu ölkədə təhsil müəssisələrində hicaba qadağa ləğv edilir
İslamazeri.com “TRT World”a istinadla xəbər verir ki, 2021-ci ilin sentyabrından Belçikanın Valloniya regionunun məktəb və universitetlərinə hicab və digər dini atributlarla gəlməyə icazə veriləcək. Hökumətin bu qərarı yerli müsəlman təşkilatlar tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, müsəlmanlar uzun illərdir ki, belçikalı müsəlman qızların təhsil müəssisələrinə hicabla getmək haqqı uğrunda mübarizə aparıblar.

Valloniya təhsil sisteminin nümayəndəsi də sözügedən qərara şərh verib: “Biz artıq hicabı bəhanə gətirərək bu gənc qızların təhsil almaq hüquqlarını əllərindən ala bilmərik. Diplom – onların işlə təmin olunmasına yol açan bir pasportdur”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930