Tramp Ağ Evdən getdi
Mьəllif: admin1
Tarix: 20-01-2021, 21:29
Bцlmə: Xəbərlər
Tramp Ağ Evdən getdi
Prezidentlik müddətini başa vuran Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ Evi tərk edib.

Məlumatı “Associated Press” yayıb.

Bildirilib ki, D.Tramp xanımı ilə birlikdə Floridaya yola düşüb. O, Cozef Baydenin andiçmə mərasiminə qatılmayacaq.

D.Tramp vida çıxışında bildirib ki, müharibə başlamayan ABŞ-ın ilk prezidenti olduğu üçün şaddır.

Donald Tramp çıxışında Cozef Bayden administrasiyasını tanıdığını etiraf edərək ona uğurlar arzulayıb.

Bundan başqa o, qeyd edib: “ABŞ-ın son on illərdə heç bir yeni müharibəni başlamayan ilk prezidenti olduğum üçün fəxr edirəm”.
(eastnews.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031