8 yaşlı suriyalı qız zehni hesabda dünyada birinci oldu
Mьəllif: admin1
Tarix: 14-01-2021, 11:12
Bцlmə: Xəbərlər
8 yaşlı suriyalı qız zehni hesabda dünyada birinci oldu
8 yaşlı suriyalı qız Qurani-Kərimi hifz etməyi bacarmaqla yanaşı, Dünya Zehni Hesablama Yarışmasında birinci yeri qazanıb.

Deyerler.org Əl-Cəzirəyə istinadən xəbər verir ki, 8 yaşlı Sara Kiyali Suriyanın İdlib şəhərində yaşayır. O, Çinin ACİDA İnstitutu tərəfindən təşkil edilən Dünya Zehni Hesablama Yarışmasında birinci yeri qazanıb.

Bu suriyalı uşağın o qədər fövqəladə istedadı var ki, birinci yerə 20 ölkədən 6000 uşağı üstələyərək, layiq görülüb.

İndi Qurani-Kərimin doqquz cüzünü əzbərlədiyini söyləyən Sara, Çin və Tayvanda zehni arifmetik sahəsində iki yarışa qatıldığını söyləyib.

Riyaziyyatçı olmağa can atdığını, bununla cəmiyyət üçün faydalı ixtiralar edə biləcəyini söyləyən Sara, Suriyanı təmsil etdiyi üçün qürur duyduğunu bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930