İraqda ABŞ koalisiyasının təchizat karvanına hücum edilib
Mьəllif: admin1
Tarix: 9-01-2021, 22:07
Bцlmə: Xəbərlər
İraqda ABŞ koalisiyasının təchizat karvanına hücum edilib
ABŞ koalisiyasının İraqdakı hərbi təchizat karvanına yol kənarında yerləşdirilmiş bombalarla hücum edilib.

Deyerler.org Almayadeen-ə istinadən xəbər verir ki, ABŞ koalisiyasının hərbi təchizat karvanına hücum Bağdadın cənubundakı Yusifiyyə bölgəsində baş verib.

Sabereen News Telegram kanalı İraqın Səmavə şəhərindəki ABŞ-ın hərbi təchizat karvanının da hədəfə alındığını bildirib.

Üç gün əvvəl ABŞ koalisiyasının təchizat karvanı Səlahəddin vilayətində yol kənarında yerləşdirilmiş bomba ilə hədəfə alınmışdı.

ABŞ-ın logistika karvanındakı tələfat və ya ziyan barədə məlumat verilməyib.

İraqdakı Qasım Əl-Cabbarin qrupu Yusifiyyə və Səmavədəki hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031