ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
Mьəllif: admin1
Tarix: 6-01-2021, 11:57
Bцlmə: Xəbərlər
ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib. Yeni sanksiyalara bir fiziki şəxs və bir sıra poladəritmə şirkətləri əlavə edildiyi bildirlir.

Bu barədə ABŞ Maliyyə Nazirliyi və dövlət katibi Mayk Pompeonun açıqlamasında bildirilib.

Məlumta əsasən, ABŞ Maliyyə Nazirliyi İranın 12 şirkətinə məhdudiyyətlər tətbiq edib. ABŞ hökumətinin hesabatına görə, şirkətlərin ümumi istehsal gücü ildə milyonlarla ton polad məhsula çatır.

Məhdudlaşdırıcı tədbirlərə məruz qalan təşkilatlar arasında Orta Şərq Mədənlər və Mineral Sənayelərinin İnkişafı Holdinq Şirkəti MIDHCO da var.

Sanksiyalar siyahısına Çin, Almaniya və İngiltərədə yerləşən üç MIDHCO nəzarətli şirkət daxildir.

Bundan əlavə, polad istehsalında istifadə olunan qrafit elektrodlarının tədarükçüsü olan Çinin "Kaifeng Pingmei New Carbon Materials Technology” (KFCC) əleyhinə sanksiyalar tətbiq olunur.

ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu şirkət 2019-cu ilin dekabrından 2020-ci ilin iyun ayınadək İranın bir neçə polad müəssisəsinə məhsul tədarük edib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930