Ayətullah Misbah Yəzdinin cənazəsi vida mərasimi üçün İmam Rzanın (ə) pak hərəminə gətirildi
Mьəllif: admin1
Tarix: 3-01-2021, 11:04
Bцlmə: Xəbərlər
Ayətullah Misbah Yəzdinin cənazəsi vida mərasimi üçün İmam Rzanın (ə) pak hərəminə gətirildi
Mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsi bu gecə İmam Rzanın (ə) müqəddəs ziyarətgahına gətirilib.

Deyerler.org Astan News-a istinadən xəbər verir ki, bu gün (2 yanvar) Məğrib və İşa namazlarından sonra Qüds Rəzəvi ostanının qəyyumu və bir qrup xuddamının iştirakı ilə sağlamlıq təlimatına uyğun olaraq, Rəbbani alim, filosof, inqilabçı fəqih və mütəfəkkir mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsi üçün vida mərasimi keçirilib.

Mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsini “La ilaha illa Allah, Muhəmməd Rəsulullah (s) və Əliyyən Vəliyullah (ə)” zikrini deyərək çiyinlərində daşıyan xuddamlar, cənazəni təvaf etmək üçün müqəddəs ziyarətgahın Azadi həyətindən mütəhhər hərəmə daxil ediblər.

Qurani-Kərimdən ayələrin oxunması və Əhli-Beyt (ə) məddahları və zakirlərinin müsibəti xatırlaması ilə mütəhhər hərəmə gətirilən və xuddamların “Ya İmam Rza (ə)”, “Ya Əba Abdullah Əl-Hüseyn (ə)” və “Ya Sahibəz Zaman (ə.f) nidaları ilə bu mücahidin cənazəsi İmamın (ə) pak zərihi ətrafında təvaf edilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930