“ƏMİN” XEYRİYYƏ FONDU VALİDEYNSİZ UŞAQLARI VƏ AİLƏLƏRİNİ YENİ İL HƏDİYYƏLƏRİ TƏQDİM ETDİ
Mьəllif: admin1
Tarix: 29-12-2020, 21:44
Bцlmə: Xəbərlər
“ƏMİN” XEYRİYYƏ FONDU VALİDEYNSİZ UŞAQLARI  VƏ AİLƏLƏRİNİ YENİ İL HƏDİYYƏLƏRİ TƏQDİM ETDİ
Artıq iki ilə yaxındır ki, fəaliyyət göstərən “Əmin” Xeyriyyə Fondu yeni ildə də valideyn himayəsindən məhrum ehtiyaclı uşaqları unutmadı. Fond miladi təqviminin yeni ilində (himayədarlıq etdiyi uşaqlar da daxil olmaqla) ümumilikdə 210 valideynsiz uşaqa yeni il şirniyyat paketləri təqdim etdi.

Eyni zamanda aylıq ödəniş etməklə himayəsinə aldığı uşaqların ailəsinə isə ərzaq paketləri hədiyyə etdi.

Ahlibeyt.ge xəbər verir ki, Fondun rəhbəri Mahir Məmmədovun verdiyi məlumata görə artıq 18 aydır ki, fəaliyyət göstərən “Əmin” Fondu aztəminatlı valideyn himayəsindən məhrum uşaqlara hər ay (uşaq başına 50 lari olmaqla) yardım edir.

Artıq Gürcüstanın müxtəlif bölgələrindən olan davamlı yardım alan uşaqların sayı 75-ə çatmışdır. Eyni zamanda gözləmədə olan 10 uşaqın ailələrinə isə davamlı yardım siyahısına daxil edənə qədər (ən azı gələn ilin sonunadək 50 lari) ailəbaşına təqdim olunacaqdır.

Mahir Məmmədov Fondun əməkdaşları adından Fonda üzv olaraq daimi və arada maddi yardımçı olan üzvlərə və xüsusi ilə də yeni il hədiyyə proqramına dəstək olan xeyriyyəçi Elçin və Hacı qardaşlara təşəkkür edir.

Həmçinin fonda böyük məbləğdə yardım edən “Çemi saxli” (Mənim evim) tikinti şirkətinin rəhbərləyinə də minnətdarlıq bildirir. Bu xeyirxah işlərin Allah dərgahında qəbul olunmasını diləyir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930