"Cənnət xanımı" filminin arxasında kimlər var? - Araşdırma
Mьəllif: admin1
Tarix: 29-12-2020, 10:54
Bцlmə: Xəbərlər
"Cənnət xanımı" filminin arxasında kimlər var? - Araşdırma
"Lady of Heaven" və ya "Cənnət xanımı" yaxın bir neçə gündə nümayiş olunacaq filmin adıdır. Həzrət Zəhranın şəhadətinin ildönümü ilə üst-üstə düşən film İslam tarixindəki həssas və əhəmiyyətli tarixi hadisələrdən bəhs edir və anons Yasir Həbib tərəfindən yayımlanıb.

Filmin mövzusu İŞİD-in təkfirçi qruplarının İraq və Suriyadakı cinayətləridir. Bu müasir hekayə əsnasında Həzrət Zəhranın evinin qapısını yandırmaq və şəhid olması kimi mühüm tarixi hadisələrdən bəhs edilir.

"Cənnət Xanımı" rejissoru Eli Kinqdir və bu tarixi dram filmidir. Filmdə baş rollarda Ray Freon, Lukas Bond, Alban Kortova, Dennis Blak, Sami Kərim və Kristofer Kyrus kimi aktyorlar oynayırlar.

Filmin girişində deyilir: "İki oxşar hekayə, ancaq on dörd yüz il aralığında. İraqlı bir uşaq müharibə gedən bir ölkədə anasını itirəndən sonra Həzrət Fatimənin hekayəsini eşitdikdən sonra səbrin vacibliyini və gücünü anlayıb".

Filmin veb saytında nümayiş tarixindən başqa heç bir məlumat yoxdur və bəzi faktorların adları qeyd olunmayıb. Film Şeyx Yasir Həbibə aid edilən "Mehdi xidmətçiləri komitəsi" tərəfindən hazırlanıb və Yasir Həbibin öz adı filmin müəllifi olaraq siyahıya alınıb.

1977-ci il təvəllüdlü Yasir Yahya Abdullah Həbib Küveytdə anadan olub və "Mehdi xidmətçiləri komitəsi" adlı bir təşkilatın rəhbəridir. 2001-ci ildə Küveytdə "Mehdi xidmətçiləri komitəsi"ni yaradıb.

Lakin 2004-cü ildə Küveyt hökuməti ilə aralarında bəzi problemlər olduğu üçün bu komitənin fəaliyyəti qadağan olunub və Yasir Həbib həbs olunub. Onun həbs olunması məsələsinə ilk olaraq Amerika və İngiltərə insan haqları təşkilatları tərəfindən qısa müddətdə münasibət bildirdi. İngiltərənin vasitəçiliyi ilə o Londonda məskunlaşdı, fəaliyyət sahəsi çox genişləndi.

Ramazan ayında Aişənin vəfatının ildönümündə Yasir Həbib minbərdən peyğəmbər xanımının ünvanına ədəbsiz və pis sözlər söyləmişdi. Dərhal "YouTube"da yerləşdirilən bu çıxış sünniləri qəzəbləndirdi. Və bu şiələrə hücum etmək və dini fərqləri dərinləşdirmək üçün bir bəhanə oldu.

Həbibin şübhəli ifadələri Küveyt və Səudiyyə Ərəbistanı şiələri üçün də bir çox problem yaratdı. Bu iki ölkənin şiə alimləri, o cümlədən Şeyx Ömər, Şeyx Hüseyn Mütəvaq, Şeyx Həsən Səffar, Şeyx Əli Möhsün, Şeyx Əbdül Cəlil Səmin, Şeyx Nimr və Seyyid Haşim Salmana qarşı repressiv addımlar atıldı.

Ərəb şiələrinə bu cür təzyiqlərdən sonra bir qrup şiə alim və ziyalısı Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdilər. Ayətullah Xameneinin cavabı belə oldu: "Sünni qardaşlarının müqəddəslərini təhqir etmək, o cümlədən İslam peyğəmbərinin xanımı təhqir etmək haramdır. Bu mövzu bütün peyğəmbərlərin qadınları, xüsusən də Həzrət Məhəmmədin xanımını əhatə edir".

Ayətullah Xameneinin cavabı İslam dünyasında geniş əks-səda doğurdu. Səudiyyə Ərəbistanı, Bəhreyn və Livandan olan alimlər, həmçinin Ayətullah Sistani, Məkarim Şirazi, Nuri Həmədani və digər İslam alimləri bu məslədə birlik nümayiş etdirdilər.

2018-ci ildə Həbibin tərəfdarları İran İslam Respublikasının Londondakı səfirliyinə hücum etdilər, İran bayrağını endirdilər və öz bayraqlarını polis gözü qarşısında qaldırdılar.

Yasir Həbib bu filmlə bağlı İnstaqramdakı paylaşımında belə deyir: "Allahın izni ilə mübarək filmimiz yayımlanacaq. Həzrət Zəhranın həyatı, əzabları və həyatı haqqında böyük və universal bir filmdir.

O dövrdə film yox idi, qorunub saxlanılan və zehinlərə həkk olunan və insanların dadına çatan şeirlər idi. Bu o dövrdə sənət əsəri idi. Buna görə də İmam Sadiq buyurur: Uşaqlarınıza Əbdi Kufinin şeirini öyrədin, niyə bunu deyir? Çünki şeri yadda saxlamaq asandır və ruha, qəlbə təsir edir. Bu filmin müasir incəsənətin ən yaxşı əsəri olması təbiidir".

Bu ifadələr Həbibin filmin nümayişini özünün film çəkmə layihəsinin başlanğıcı kimi qəbul etdiyini, sənətin işini və əhəmiyyətini, tarixi təlimlərin, sitatların anlaşılması və dərinləşdirilməsində istifadəsini yaxşı bildiyini göstərir.

Uzun müddət sünnilərin və hətta şiə alimlərinin, təqlid edənlərin müqəddəslərini təhqir edən bir şəxs televiziya şəbəkəsindəki bir proqramda bu filmin çəkilməsinin məqsədini belə ifadə edib:

"Ən görkəmli Qərb rejissorları və sənətçiləri tərəfindən istehsal ediləcək bu film Həzrət Zəhranın həyatını, xüsusən Həzrət peyğəmbərin vəfatından sonrakı dövrü izah etmək üçündür.

Dünya xalqı ilk dəfə dövrün xəlifəsinin və dostlarının peyğəmbər qızının evinə necə hücum etdiyini və onun müqəddəsliyini pozduğunu bu filmdə görəcəklər. Bu film xəlifələrin mifik xarakterini məhv edəcək. Bu film həqiqi İslamla azğın İslam (Səqifə İslamı) arasındakı fərqi göstərəcək. Həzrət Zəhranın intiqamını alacağımıza and içdik".

Bundan əlavə Yasir Həbibin qüvvələri Londondakı "Fədək" adını verdiyi bölgədə təlim alırlar. Yasir Həbibin fəaliyyətinin əsas hədəfi İslam dünyasında şiələr və sünnilər arasında nifaq salmaqdan ibarətdir.

Yasir Həbibin ərəb dilli saytında "Cənnət xanımı" filminin "Əzab günü" filmi olduğu və adının dəyişdirildiyi qeyd olunub. Maraqlıdır ki, onun fars dilində olan saytında bu məktubdan əsər-əlamət yoxdur. Bəlkə də buna görədir ki, "Əzab günü" filminin çəkiləcəyi xəbərindən əvvəl şiə alimləri buna qarşı çıxmışdılar.

"Əzab günü" filminə maliyyə dəstəyinin verilməsinin haram olması barədə Ayətulla Məkarim Şirazi, Hüseyin Nuri Həmədani, Cəfər Sübhani və Lütfullah Safi Gülpəyəqani İngiltərə mərkəzli bir ərəb telekanalının şiələr və sünnilər başda olmaqla müsəlmanlar arasında nifaq salmağı hədəfləyən belə bir filmin çəkilməsini və yayımlanmasını haram elan etmişdilər.

Nüfuzlu təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi və digər şiə alimləri peyğəmbərin ölümündən sonra baş verən hadisələrlə bağlı çəkilən filmin fitnə olduğunu və İngiltərədən yayımlanan bir sıra TV kanalları tərəfindən hazırlandığını bildirimişdi.

Ayətullah Məkarim Şirazi sünni məzhəbi əleyhinə hazırlanan “Əzab günü” adlı filmə münasibətində bildirmişdi: "Bu filmin hazırlanmasına, baxılmasına və yayılmasına dəstək verənlər böyük günah etmiş olurlar. Xüsusən, müsəlmanlar arasında baş verən ixtilafların düşmənin xeyrinə olan bir zəmanədə bu addımı atmaq böyük günahdır. Bu işlərin şəri baxımdan ağır məsuliyyətləri vardır.

Böyük ehtimalla bu filmin ərsəyə gəlməsində düşmənin əli var. Bu film yeni qanların axıdılmasına səbəb olarsa, bu filmin ərsəyə gəlməsində rolu olanlar bu cinayətlərlə şərikdirlər. Bu filmi hazırlayanların bizdən olmadıqlarını bütün aləmə çatdırmaq lazımdır. Onlar bəzi müsəlmanların Əhli-beytə olan sevgisindən sui istifadə edirlər. Bu filmin verəcəyi mesajların şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdur".

Mayk Brevster tərəfindən hazırlanan və rejissoru Eli Kinq, prodüseri Mehdi Hüseyni olan filmin Yasir Həbib tərəfindən çəkilməsi barədə heç bir məlumat yoxdur.

İstehsalçının veb saytında heç bir məlumat yoxdur və yalnız şirkətin təsvirində deyilir: "Enlightened Kingdom" İngiltərədəki bir film istehsalçısıdır. Hədəflərimizə filmin fəlsəfəsini və tərzini yaxşılaşdıraraq, kino tarixini dəyişdirmək daxildir. Baxışımız filmlərin tamaşaçı ilə daha dərin bir məna və əlaqəyə sahib olması, dünyadakı insanların ürəklərini və ruhlarını tutmalı olduğu fikri ətrafında dayanır."

Təqribən 15 milyon dollara başa gəldiyini düşünülən film maliyyə məslələrində də iddialıdır. Sosial şəbəkələrdə bu filmin yaradıcıları onu populyar və müstəqil bir məhsul kimi təqdim ediblər.

"Cənnət Xanımı"ndan əvvəl İran, Küveyt, Qətər və İraq kimi İslam ölkələrində İslamın tarixini əks etdirən filmlər ümumiyyətlə İslam dinlərini birləşdirən bir baxışa söykənirdi. Lakin prodüseri İslam dinlərini bölməkdə uzun bir tarixə sahib olan film İslam tarixindən bəhs edən filmlərin çəkilmə yolunu filmini yayımlayaraq, dinlər arasında birlik yaratmaq yolundan yayındırmağa çalışır.

Son illərdə İslam ölkələrində baş verən hadisələr səbəb olub ki, İslam ümmətinin bütün alimləri İslam birliyinin qorumasını və vəhdətin pozulmasının qarşısının alınmasının zəruriliyini vurğulayıblar.
(eastnews.org)



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930