Seyid Həsən Nəsrullah: "Müqavimət liderləri ABŞ və İsrailin ortaq hədəfidir" - Təfərrüat
Mьəllif: admin1
Tarix: 29-12-2020, 10:49
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: "Müqavimət liderləri ABŞ və İsrailin ortaq hədəfidir" - Təfərrüat
Livandakı "Hizbullah" hərəkatının baş katibi bazar günü gecə "Əl-Məyadin" telekanalına açıqlama verib və general Qasim Süleymaninin şəhid olması, bölgədəki hadisələr və Livandakı daxili vəziyyət də daxil olmaqla müxtəlif mövzulara münasibət bildirib.

Seyid Həsən Nəsrullah bu müsahibənin əvvəlində Livandakı və dünyadakı bütün xristianları İsa Məsihin anadan olması və Yeni il münasibətilə təbrik edib.

O, həmçinin general Qasim Süleymani və "Həşd-Şabi" müqavimət hərəkatının rəhbərinin müavini Əbu Mehdi Mühəndisim şəhid olmasının ildönümü ilə əlaqədar başsağlığı verib.

Seyid Həsən Nəsrullah daha sonra qeyd edib ki, Trampın və ya İsrail rejiminin hər hansı hərəkətə keçib-keçməyəcəyi barədə dəqiq məlumat yoxdur, lakin bununla bağlı bəzi təhlillər var, hamı Trampın yaxın günlərdə nə edəcəyini gözləyir: "Tramp kimi dəli və əsəbi insandan heç nə gözləmək olmaz. Trampın prezidentliyinin son günlərində edə biləcəyi hər şey hələ ki təhlil səviyyəsindədir.

Trampın qalan prezidentlik müddəti ehtiyatla aparılmalıdır. İsraillilərin mediada belə məlumatlar yaymağa başlayanda bilin ki, bunun arxasında heç bir real hərəkət yoxdur.

Həsən Nəsrullah "Hizbullah" liderlərini hədəf almağın İsrail və ABŞ-ın ortaq hədəfləri olduğunu söyləyərək, bunları əlavə edib: "Məlumatlarımız Səudiyyə Ərəbistanının mənim sui-qəsdimi ən azı Yəmən müharibəsi başlayandan bəri çoxdan bəri təşviq etdiyini göstərir.

Səudiyyə Ərəbistanı, xüsusilə son illərdə ağıllı deyil, zərərli davranırdı. Bəzi mənbələr mənə Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın Vaşinqtona ilk səfəri və Trampla görüşü zamanı sui-qəsdimə çağırdığını söyləyib.

Mənbələr, Səudiyyə Ərəbistanının mənim öldürülməyimdən sonra müharibənin başlamasının bütün maliyyə xərclərini çəkdiyini bildirib. Amerikalılar Səudiyyə Ərəbistanının mənim qətlimi tələb etməsini qəbul etdilər ki, İsrail onu həyata keçirə bilsin".

Həsən Nəsrullah qeyd edib ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı general Qasim Süleymani və Əbu Mehdi Mühəndisin qətlində iştirak edib: "Bu iki şəhidin öldürülməsi, Muğniyə və Fəxrizadənin qətlindən fərqli olaraq açıq şəkildə həyata keçirilib.

Şəhid Süleymani xarizmatik bir şəxsiyyətə sahib idi və böyük təsir gücünə sahib idi və fərqli bir insan obrazı idi. Şəhid Süleymani strateji və planlaşdırma hərəkətləri ilə eyni zamanda sahə və taktika adamı idi".

Seyid Həsən Nəsrullah açıqlamasının davamında bildirib ki, Eyn əl-Əsəd bazasına hücum dünyadakı bir liderin ABŞ-a necə yumruq atdığını göstərən əhəmiyyətli bir reaksiya idi: "Bazaya edilən hücum tarixi bir şillə idi.

Vaşinqton liderlərə sui-qəsd edərək, müqavimət oxunu bitirəcəyini düşünürdü, həqiqət isə müqavimət oxunun fərd üzərində qurulmamasıdır. Şəhid Süleymani və Əbu Mehdi Mühəndisin qatillərinin intiqamı hər şərəfli insanın hədəfidir və bu əməli törədənlər və icra edənlər, olduqları hər yerdə cəzalandırılmalıdırlar.

Bütün dünyanın bilməli olduğu şey liderlərin qanının tapdanmayacağı və general Qasim Süleymani və Əbu Mehdinin qatillərinin gec-tez cəzalandırılmasıdır".

"Hizbullah" baş katibi Livan ilə İsrail rejimi arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair danışıqlardan da danışıb: "Dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair danışıqlar mövcud ABŞ rəhbərliyi ilə uğurlu olmayacaq.

Sularımızda İsrailin olmasının qarşısını almaq hüququmuz təbiidir və bunu etmək qabiliyyətimiz mübahisəsizdir. Livan baş naziri Səəd Həriri ilə aramızda müsbət bir atmosfer və əməkdaşlıq mövcuddur.

Hökumətin qurulmasını təxirə salan inamsızlıq problemidir və təməl olaraq prezident Mişel Aun ilə ilə Həriri arasındadır.

Əlimizdən gələn hər hansı bir şəkildə Livanlılara kömək etməyə çalışırıq. Livan problemi alternativ problemidir, çünki heç kim həll yolu tapmaq üçün şərqə baxmağa cürət etmirdi".
(eastnews.org)



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031