Xristian din xadimi Həzrət Zeynəbdən (s) danışıb
Mьəllif: admin1
Tarix: 22-12-2020, 21:43
Bцlmə: Xəbərlər
Xristian din xadimi Həzrət Zeynəbdən (s) danışıb
Dinlərarası dialoq və barışıq quruculuğu sahəsində ixtisaslaşmış xristian din xadimi Bonni Evvans Xils İngiltərədə kilsədə rahibədir.

"Deyerler.org"un iqna.ir-a istinadən verdiyi xəbərə görə, Bonni Evvans Xanım Zeynəbin (s) zülmə qarşı qəti müqavimətin simvoluna çevrildiyini söyləyib.

“Mən Xanım Zeynəbi (s) xatırlatmaq istəyirəm. Belə ki, o, uşaqlarla və qadınlarla birgə sağ qalmışdır və onları nümunə kimi müxtəlif yerlərdə gəzdirərək bildirirdilər ki, bizə qarşı qalxsanız sizinlə də bunlar baş verəcək.

Onu və onunla olan digər insanları bir şəhərdən digər şəhərə apararaq dediyim fikirləri insanlara çatdırmaq istəyirdilər, lakin Xanım Zeynəb (ə), buna qarşı qalxa bildi və dedi ki, bu zülmdür və zorakılıqdır.

Onu sanki nümunə göstərirdilər ki, bizə qarşı qalxanları bu gözləyir, lakin o, bu sözləri deyərək göstərdi ki, bizim kimilər də müqavimət göstərməyə qadirdir. Bəli, bu Zeynəb (s.ə.) idi”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031