Zərdüşt dininə İslamın münasibəti necədir?
Mьəllif: admin1
Tarix: 13-12-2020, 10:37
Bцlmə: Xəbərlər
Zərdüşt dininə İslamın münasibəti necədir?
İslam dini buyurur ki, müsəlmanlar keçmiş peyğəmbərlərə (ə) iman gətirməlidir. Zərdüşt də İlahi peyğəmbərlərdən (ə) biri olmuşdur. Uca Allah Quranda buyurur:

“Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə (s) və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir”. (“Həcc” 17).

Qurani-Kərim Zərdüşt dinini məcus adlandırır və onu İlahi din kimi tanıdır. Bu dinin əsasında təkallahlılıq durur. Həmçinin bəzi hədislər də Zərdüştü məcus adlandırmışdır.

Ona görə də İslamın nəzərinə görə, Zərdüşt də İlahi peyğəmbər olmuş və səma kitabına malik olmuşdur. Zərdüşt özünü peyğəmbər hesab edir və deyir:

“Allah məni bu dünyanı hidayət etmək üçün seçmişdir. Mən öz risalətim üçün pak mənbədən təlim almışam”.

Müsəlmanların nəzərinə görə, zərdüşt dini zaman keçdikcə dəyişdirilmiş və bidətə uğramışdır. Zərdüşt dinində olan tövhid şirkə çevrilmişdir. Göstərişlərində çoxlu xürafatlar vardır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031