Ayətullah Xamenei başsağlığı verib
Mьəllif: admin1
Tarix: 10-12-2020, 20:33
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei mübariz və təqvalı alim Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin vəfatı münasibətilə başsağlığı verib.

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mübariz və təqvalı alim Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin vəfatı münasibətilə Qum Elmiyyə Hövzəsinə, böyük mərcəi-təqlidlərə, aliməqamlı alimlərə, möhtərəm "müdərrislər şurası"na, o mərhumun şagirdləri, dostları və istəyənlərinə, məxsusən, əziz ailəsinə, möhtərəm həyat yoldaşı və övladlarına başsağlığı verirəm.

Onun elmi və fiqhi fəaliyyətlərlə yanaşı, tağut dövründəki mübarizələri, İnqilabın bütün dövrlərindəki həmişəlik və davamlı iştirakı, ölkənin idarəsində yüksək vəzifələrdə, o cümlədən, Məhkəmə Sisteminin sədri, Nəzarət Şurası, Xobreqan Ekspertlər Məclisi və Parlamentdəki fəaliyyətləri bu görkəmli alimdən əhatəli və nüfuzlu şəxsiyyət formalaşdırmışdı.

İnqilabın əsaslarına dönməz imanı, bu yolda müqaviməti, dini və inqilabi qeyrəti bu möhtərəm şəxsiyyətin digər bariz nişanalərindən idi. Ümid edirik ki, bu ağır mənəvi zəxirə onun dərəcələrinin ucalığına səbəb olacaq. Allah-Taaladan o mərhum üçün ilahi rəhmət, məğfirət və razılıq diləyirəm!"
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031