Baydenin Müdafiə Nazirliyinə namizədi məlum oldu
Mьəllif: admin1
Tarix: 8-12-2020, 12:16
Bцlmə: Xəbərlər
Baydenin Müdafiə Nazirliyinə namizədi məlum oldu
ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Müdafiə Nazirliyinə keçmiş Mərkəzi Qüvvələr (CENTCOM) Komandiri istefada olan general Lloyd Austini namizəd göstərəcəyi iddia edilib.

Bayden ötən həftə Müdafiə Nazirliyinə namizədini açıqlayacağını bildirdikdən sonra Austini namizəd göstərdiyi Amerika mətbuatına sızıb.

Austin ABŞ-da döyüş komandanlığını idarə edən ilk qaradərili kimi tanınır.

O, 2016-cı ildə təqaüdə çıxdıqdan sonra "Raytheon" müdafiə şirkətinin idarə heyətində olub.

ABŞ-dakı qanuna görə, bir şəxs hərbi peşədən ayrıldıqdan sonra 7 ilə qədər Müdafiə Nazirliyində hər hansı bir mülki vəzifəyə təyin edilə bilməz.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031