Trampın qardaşı qızı: “Trampın yeri həbsxanadır”
Mьəllif: admin1
Tarix: 6-12-2020, 10:36
Bцlmə: Xəbərlər
Trampın qardaşı qızı: “Trampın yeri həbsxanadır”
ABŞ prezidentinin qardaşı qızı Meri Tramp, əmisini cinayətkar, qəddar və xain kimi xarakterizə edib və bildirib ki, Ağ Evdən ayrıldıqdan sonra, ABŞ-ın Trampdan daha pis bir prezident görməməsi üçün o mühakimə olunmalıdır.

Deyerler.org xəbər verir ki, Meri Tramp əmisinin Ağ Evdən ayrıldıqdan sonra yerinin həbsxana olduğunu söyləyib.

Bir psixoloq, yazar və ABŞ prezidentinin tənqidçisi olan Meri, prezident Trampın məhkəməsinin ölkədəki siyasi fikir ayrılıqlarını dərinləşdirəcəyi fikrini rədd edib.

Tayms of İsrael qəzetinin yazdığına görə, Meri Tramp Associated Press agentliyinə verdiyi müsahibəsində bunları deyib: “Kimsə mühakimə olunmağa layiqdirsə, bu Donalddır. Əks təqdirdə, daha da pis birinin hakimiyyətə gəlməsi üçün yolu açıq buraxırıq”.

Meri Tramp əmisinin məğlubiyyətini rədd etməsindən və seçki iddialarından da danışıb: “Seçkidən sonrakı davranışı şəxsiyyəti ilə uyğundur.

Bu qanuni olaraq heç vaxt qazanmamış bir adamdır. Ancaq heç vaxt uduzmayıb, çünki onun fikrincə qələbə çox vacibdir və həmişə qələbə axtarır və yalan, aldatma və ya oğurluq yolu ilə əldə etməsinin fərqi yoxdur.

Düşünürəm ki, Donald və ona güc verən və onunla cinayət törətmiş hər kəs məsuliyyətə cəlb olunmasa, bu ölkəni bərpa etmək qeyri-mümkün olacaq”.

Bundan əvvəl, bir neçə məlumatlı mənbə NBC News-a bildirmişdi ki, ABŞ prezidenti məsləhətçiləri ilə ailə üzvləri və yaxın müşavirləri və köməkçiləri üçün əfv fərmanının verilməsi məsələsini müzakirə edib.

“Nyu-York Tayms” qəzeti də Trampın prezidentliyi bitmədən üç böyük uşağını, kürəkəni və vəkili Rudi Ciulianini əfv etməyi planlaşdırdığı barədə müzakirələrin olduğunu bildirib. Məlumata görə, Tramp keçən həftə Ciuliani ilə onu əfv etməsi barədə danışıb.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031