“Allahın məkri” ifadəsi hansı mənada işlədilir?
Mьəllif: admin1
Tarix: 5-12-2020, 20:18
Bцlmə: Xəbərlər
“Allahın məkri” ifadəsi hansı mənada işlədilir?
Əvvəlcə bunu qeyd etmək lazımdır ki, ərəb sözləri başqa dillərə tərcümə olunan zaman çox zaman öz mənasını itirir və başqa mənalara yozulur.

Misal üçün, “hiylə” sözü mənfi mənaya malik sözdür. Ancaq ərəb dilində “hiylə” dedikdə, “əməli həll yolu” və “çarə tapmaq” mənasında işlənir.

“Məkr” sözü də mənfi mənaya malik olan sözlərdəndir. Ancaq ərəb dilində həm müsbət mənaya malikdir, həm də mənfi.

“Müfrədat” kitabında oxuyuruq ki, məkr odur ki, bir insanı hiylə ilə öz məqsədindən daşındırasan. O iki növə malikdir: bəyənilən və bəyənilməyən.

“Təfsiril-mənar”da oxuyuruq: “Məkr – əslində mənfi tədbirdir ki, məkr olunmuşu güman etmədiyi şeyə tərəf çəkər”.

Uca Allah buyurur: “Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır.

(Həzrət İsanın (ə) qətl planını cızanı onun, yəni Həzrət İsanın (ə) surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi)”. (“Ali-İmran” 54).

Yaxud: "Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər?”. ("Əraf” 99).

Ona görə də deyə bilərik ki, o sözlər ki, başqa dillərdə ancaq mənfi mənaya malikdir, o demək deyildir ki, ərəb dilində də mənfi mənaya malikdir.

“Məkr” sözü ərəb dilində “tədbir” və “proqram üzərindən iş görməyə” də deyilir. Bəzən aldatmaq mənasını da verir.

Ona görə də əgər məkr sözü Allah Təalaya nisbət verilərsə – təbii ki, ancaq müsbət mənasında nisbət verilməlidir.

Əgər bəzi insanlara ki, cəmiyyətdə fəsad yaymaqla məşğuldurlar nisbət verilərsə – mənfi mənasında istifadə olunar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031