Əllamə Misbah Yəzdinin səhhətinin son vəziyyəti
Mьəllif: admin1
Tarix: 5-12-2020, 20:12
Bцlmə: Xəbərlər
Əllamə Misbah Yəzdinin səhhətinin son vəziyyəti
Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin ofisinin rəhbəri Mehdi İslami Əllamə Misbah Yəzdinin sağlamlığının son vəziyyətindən danışıb.

Deyerler.org xəbər verir ki, Mehdi İslami Shafaqna-ya açıqlamasında bunları deyib: “Hal-hazırda Əllamənin səhhəti sabit vəziyyətdədir, lakin yenə də həddən artıq zəifdir”.

O, insanları və maraqlananları sağalması üçün dua etməyə və Əhli-Beytə (ə) təvəssüllərinə davam etməyə çağırıb.

Bu arada, Əllamə Misbah Yəzdinin oğlu höcətül-İslam vəl muslimin Əli Misbah Yəzdi atasının son vəziyyəti barədə danışıb: “Ayətullah Mizbah Yəzdi ölkə daxilində və xaricində sevgilərini və dualarını çatdıran hər kəsə təşəkkürünü bildirir.

Ayətullah Misbah Yəzdinin müalicə prosesi ümumiyyətlə evdə davam edir və buradan bu dövrdə lazımlı tədbirləri görən bütün yeni və ənənəvi həkimlərə və mütəxəssislərə təşəkkür edirəm.

Allaha həmd olsun, Ayətullah Misbah Yəzdi üçün yeni bir kəskin problem yoxdur, amma tibbi müalicə müddətini davam etdirməyə ehtiyac var.

Dostlarının bu günlərdə müxtəlif cərəyanlar tərəfindən sosial mediada yayılan və cəmiyyətdə narahatlıq doğuran söz-söhbətlərə əhəmiyyət verməmələrini bildirdi.

Əzizlərim, Ayətullah Misbah Yəzdi ilə əlaqəli xəbərləri yalnız əsərlərinin internet və sosial şəbəkə kanallarındakı məlumat bazasından oxuyun və digər şayiələrə və xəbərlərə əhəmiyyət verməyin”.



Deyerler.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031