Əhli-beytin (ə) nəzərində dinin izahı
Mьəllif: admin1
Tarix: 3-12-2020, 20:13
Bцlmə: Xəbərlər
Əhli-beytin (ə) nəzərində dinin izahı
Əbdüləzim ibn Abdullah Həsəni belə nəql edir:

دَخَلتُ عَلى سَيِّدي عَلِيِّ بنِ مُحَمَّدِ بنِ عَلِيِّ ابنِ موسَى بنِ جَعفَرِ بنِ مُحَمَّدِ بنِ عَلِيِّ بنِ الحُسَينِ بنِ عَلِيِّ بنِ أبي طالِبٍ (ع)، فَلَمّا بَصُرَني (بَصُرَ بي) قالَ لي: مَرحَبًا بِكَ يا أبَا القاسِمِ، أنتَ وَلِيُّنا حَقًّا. فَقُلتُ لَهُ: يَا بنَ رَسولِ اللّه، إنّي اُريدُ أن أعرِضَ عَلَيكَ ديني، فَإِن كانَ مَرضِيًّا ثَبَتُّ عَلَيهِ حَتّى ألقَى اللّهَ عَزَّوجَلَّ، فَقالَ: هاتِ يا أبَا القاسِمِ، فَقُلتُ: إنّي أقولُ: إنَّ اللّهَ تَعالى واحِدٌ لَيسَ كَمِثلِهِ شَيءٌ، خارِجٌ مِنَ الحَدَّينِ: حَدِّ الإِبطالِ وحَدِّ التَّشبيهِ، وإنَّهُ لَيسَ بِجِسمٍ ولا صورَةٍ ولا عَرَضٍ ولا جَوهَرٍ، بَل هُوَ مُجَسِّمُ الأَجسامِ ومُصَوِّرُ الصُّوَرِ، وخالِقُ الأَعراضِ والجَواهِرِ، ورَبُّ كُلِّ شَيءٍ ومالِكُهُ وجاعِلُهُ ومُحدِثُهُ.

وأنَّ مُحَمَّدًا عَبدُهُ ورَسولُهُ خاتَمُ النَّبِيّينَ، فَلا نَبِيَّ بَعدَهُ إلى يَومِ القِيامَةِ، وأنَّ شَريعَتَهُ خاتِمَةُ الشَّرائِعِ فَلا شَريعَةَ بَعدَها إلى يَومِ القِيامَةِ.

وأقولُ: إنَّ الإِمامَ والخَليفَةَ ووَلِيَّ الأَمرِ بَعدَهُ أميرُ المُؤمِنينَ عَلِيُّ بنُ أبي طالِبٍ، ثُمَّ الحَسَنُ ثُمَّ الحُسَينُ ثُمَّ عَلِيُّ بنُ الحُسَينِ ثُمَّ مُحَمَّدُ بنُ عَلِيٍّ ثُمَّ جَعفَرُ بنُ مُحَمَّدٍ ثُمَّ موسَى بنُ جَعفَرٍ ثُمَّ عَلِيُّ بنُ موسى ثُمَّ مُحَمَّدُ بنُ عَلِيٍّ ثُمَّ أنتَ يا مَولايَ. فَقالَ عَلِيٌّ (ع): ومِن بَعدِيَ الحَسَنُ ابني، فَكَيفَ لِلنّاسِ بِالخَلَفِ مِن بَعدِهِ؟ فَقُلتُ: وكَيفَ ذاكَ يا مَولايَ؟ قالَ: لِأَنَّهُ لا يُرى شَخصُهُ ولا يَحِلُّ ذِكرُهُ بِاسمِهِ حَتّى يَخرُجَ فَيَملَأَ الأَرضَ قِسطًا وعَدلاً كَما مُلِئَت ظُلمًا وجَورًا. فَقُلتُ: أقرَرتُ.

وأقولُ: إنَّ وَلِيَّهُم وَلِيُّ اللّهِ، وعَدُوَّهُم عَدُوُّ اللّهِ، وطاعَتَهُم طاعَةُ اللّه، ومَعصِيَتَهُم مَعصِيَةُ اللّهِ.

وأقولُ: إنَّ المِعراجَ حَقٌّ، والمُساءَلَةَ فِي القَبرِ حَقٌّ، وإنَّ الجَنَّةَ حَقٌّ، والنّارَ حَقٌّ، والصِّراطَ حَقٌّ، والميزانَ حَقٌّ، وإنَّ السّاعَةَ آتِيَةٌ لا رَيبَ فيها، وإنَّ اللّهَ يَبعَثُ مَن فِي القُبورِ.

وأقولُ: إنَّ الفَرائِضَ الواجِبَةَ بَعدَ الوَلايَةِ: الصَّلاةُ والزَّكاةُ والصَّومُ والحَجُّ والجِهادُ والأَمرُ بِالمَعروفِ والنَّهيُ عَنِ المُنكَرِ.

فَقالَ عَلِيُّ بنُ مُحَمَّدٍ (ع): يا أبَا القاسِمِ، هذا واللّهِ دينُ اللّهِ الَّذِي ارتَضاهُ لِعِبادِهِ، فَاثبُت عَلَيهِ أثبَتَكَ اللّهُ بِالقَولِ الثّابِتِ فِي الحَياةِ الدُّنيا وفِي الآخِرَةِ.


“Sərvərim İmam Hadinin (ə) hüzuruna daxil oldum. Həzrət məni görən kimi buyurdu: “Ey Əbülqasim, xoş gəlmisən! Sən doğrudan da, bizim dostlarımızdansan.”

Mən dedim: “Ey Peyğəmbər övladı! Gəlmişəm ki, etiqad bəslədiyim dini sizə təqdim edim, əgər bəyənilsə, Allah-Taala ilə görüşənə qədər, o dində sabitqədəm qalım.”

İmam (ə) buyurdu: “Ey Əbülqasim, təqdim et!”

Dedim: “Mən deyirəm ki, Allah-Taala təkdir; Ona tay bir şey yoxdur; batil və bənzərlikdən uzaqdır; nə cisimdir, nə “surət”; nə “ərəz”dir, nə “cövhər”; əksinə cismə cisimlik və “surət”ə surət verən Odur; “ərəz” və “cövhər”in xaliqidir; hər bir şeyin Rəbbi, maliki, yaradanı və vücuda gətirənidir.

Həqiqətən, Muhəmməd Onun bəndəsi və rəsulu, peyğəmbərlərin sonuncusudur və Qiyamətə qədər ondan sonra heç bir peyğəmbər gəlməyəcək, onun dini sonuncu din və Qiyamətə qədər də yeni bir din olmayacaq.

Mən deyirəm (inanıram) ki, ondan sonra imam, canişin və “əmr sahibi” Əmirəlmöminin Əli ibn Əbu Talibdir, ondan sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra Əli ibn Hüseyn, ondan sonra Muhəmməd ibn Əli, ondan sonra Cəfər ibn Muhəmməd, ondan sonra Musa ibn Cəfər, ondan sonra Əli ibn Musa, ondan sonra Muhəmməd ibn Əli, ondan sonra isə sənsən, ey mənim sərvərim!”

İmam Hadi (ə) buyurdu: “Məndən sonra da oğlum Həsən mənim canişinim olacaq. Amma onun canişini camaat arasında necə olacaqdır?”

Dedim: “Ey mənim sərvərim, necə olacaqdır?”

İmam (ə) buyurdu: “Gözlərə görünməyəcək və qiyam edənə qədər də adı çəkilməməlidir. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”

Mən dedim: “Onu da iqrar edirəm.”

Mən inanıram ki, onların dostu Allahın dostu, duşməni isə Allahın düşmənidir. Onlara itaət Allaha itaətdir, onlara müxalif isə Allaha müxalifdir.

Mən inanıram ki, merac, qəbirdə sorğu-sual, Behişt, Cəhənnəm, Sirat körpüsü və “mizan” (əməllərin ölçüsü) haqdır, Qiyamət qətidir və onda heç bir şəkk-şübhə yoxdur. Həqiqətən, Allah qəbirdə yatanları qaldıracaqdır.

Mənim əqidəmə görə, “vilayət”dən sonra vacib əməllər namaz, zəkat, oruc, həcc, cihad, yaxşılığa dəvət və pislikdən çəkindirməkdir.”

Əli ibn Muhəmməd (İmam Hadi) (ə) buyurdu: “Ey Əbülqasim, Allaha and olsun ki, Allahın bəndələri üçün bəyəndiyi din budur və onda sabitqədəm qal. Allah-Taala səni dünya və axirətdə bu əqidədə sabitqədəm etsin!” (“Əmali”, Şeyx Səduq, səh.278, hədis 244.)

Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031