İran: Nüvə aliminə qarşı terror həyata keçirənləri ağır intiqam gözləyir
Mьəllif: admin1
Tarix: 27-11-2020, 22:34
Bцlmə: Xəbərlər
İran: Nüvə aliminə qarşı terror həyata keçirənləri ağır intiqam gözləyir
İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi Tehran yaxınlığında nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin öldürülməsinə münasibət bildirib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri verdiyi açıqlama zamanı bildirib ki, terrorçu qruplar, bu terrorun sifarişçiləri və icraçıları bilməlidirlər ki, onları ağır intiqam gözləyir.

Bundan əlavə İranın Ali məqamlı lideri Ayətullah Seyid Əli Xameneinin hərbi müşaviri general Hüseyin Dehkan alimin qətlini şərh edərək, "şəhidin qatillərinə dərhal hücum edəcəklərini və buna görə intiqam alacaqlarını" bildirib.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031