Yeni Zelandiyada hicablı polislər də xidmət edəcək
Mьəllif: admin1
Tarix: 14-11-2020, 10:56
Bцlmə: Xəbərlər
Yeni Zelandiyada hicablı polislər də xidmət edəcək
Hicab rəsmi olaraq Yeni Zelandiya polis formasına daxil edilib. İlk hicablı polis Kraysçörç məscidlərindəki terror hücumlarından sonra polis akademiyasına yazılmağa qərar verən 30 yaşlı Zeyna Əli olacaq.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, Zeyna Əli təhsil aldığı müddətdə müsəlman formalarını hazırlayan dizaynerlərlə əməkdaşlıq etdiyini və uyğun modelin hazırlanması üçün onların kömək etdiyini söylədi.

“Hicabın Yeni Zelandiyadakı polis formasının bir hissəsi olduğunu göstərə bilmək çox qürurvericidir. Bunu görən digər müsəlman qadınlar da xidmət etmək istəyəcəklər”, - deyə Zeyna Əli söyləyib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031