Müsəlmanlar hicab məsələsində polis üzərində hüquqi qələbə qazandılar
Mьəllif: admin1
Tarix: 12-11-2020, 10:30
Bцlmə: Xəbərlər
Müsəlmanlar hicab məsələsində polis üzərində hüquqi qələbə qazandılar
Amerikanın Nyu York əyalətinin müsəlmanları hicab qanunlarının dəyişdirilməsi barədə polis üzərində qanuni qələbə əldə ediblər.

Maide.Az "İQNA"-a istinadla xəbər verir ki, Nyu York polisi müsəlman qadınların bu idarədə işə götürülməsi və ya şikayətlərinə baxılması məsələsində onların hicabsız fotolarını istəyirdi. Buna görə də polisin hicabsız foto tələb etdiyi müsəlman qadınlar bu barədə məhkəməyə şikayət etmişdilər.

Əyalət məhkəməsi Nyu York polisində müsəlman qadınlardan hicabsız foto təqdim etmək barədə qanunun dəyişdirilməsi haqqında qərar verib.

Qərara əsasən müsəlman qadınlar polis idarəsi ilə bağlı istənilən işdən ötrü hicablı foto təqdim edə bilər.

Həmçinin bu qanuna əsasən polis hicablı qadının silah və ya nəyisə qaçaq etməsi barədə şübhələnərsə, hicabı açdıra bilər. Amma bu xüsusi bir yerdə və qadın polis nəfərinin iştirakı ilə olmalıdır.

Amerika qanunlarına görə müsəlman qadın passport və ya sürücülük vəsiqəsi kimi sənədlərə hicablı foto təqdim edə bilər.

Qeyd edək ki, bu məhkəmə işi 2018-ci ildə Nyu York polisin dörd hicablı müsəlman qadına hicabsız foto təqdim etmək üçün təzyiqinin ardınca başladılmışdı.

Müsəlman qadınlar onların mədəni hüquqlarının tapdanılması ilə əlaqədər məhkəməyə şikayət etmişdilər. Çünki polis onları kişi polis məmurları önündə hicabsız şəkil çəkdirməyə məcbur etmiş və zorakılıq göstərmişdi.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930