Livan Parlament sədri İsrail ilə bağlı önəmli açıqlama verdi
Mьəllif: admin1
Tarix: 4-11-2020, 12:25
Bцlmə: Xəbərlər
Livan Parlament sədri İsrail ilə bağlı önəmli açıqlama verdi
Livan Parlamentinin sədri Nəbih Bərri işğalçı İsrail rejimi ilə münasibətləri normallaşdırmaq prosesindən danışıb.

Nəbih Bərri açıqlamasında bildirib ki, Livan dövləti heç vaxt işğalçı İsrail rejimi ilə münasibətləri normallaşdırmayacaq.

"Bu gün Fələstin mübarizəsinin qarşısını almaq üçün müəyyən addımlar atılır. Bu addımlardan biri də işğalçı İsrail rejimi ilə münasibətləri normallaşdırmaqdır", - deyə Nəbih Bərri diqqətə çatdırıb.

Parlament sədri qeyd edib ki, bu gün Livanda bəzi siyasi qüvvələr İsrail rejimi ilə münasibətləri normallaşdırmaq üçün işlər görməyə çalışırlar.
(eastnews.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031