Azərbaycanın Ermənistan tərəfindən işğal edilən əraziləri azad edilməlidir – Ayətullah Xamenei
Mьəllif: admin1
Tarix: 3-11-2020, 19:01
Bцlmə: Xəbərlər
Azərbaycanın Ermənistan tərəfindən işğal edilən əraziləri azad edilməlidir – Ayətullah Xamenei
“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad olunmalıdır. Bu torpaqların hamısı qaytarılmalıdır Azərbaycana.

Bu işin əsas şərti budur ki, bu torpaqlar Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır.”

SalamNews xəbər verir ki, bunu Ali dini lider Ayətullah Seyid Əli Xamenei bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı çıxışında deyib.

Ayətullah Xamenei çıxışının bir hissəsini Qarabağda gedən döyüşlərə həsr edərək, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə haqlı olduğunu deyib.

Ayətullah Xamenei həmçinin bildirib ki, bu müharibə region üçün o cümlədən İran üçün təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir.

Onun sözlərinə görə, münaqişə ocağına terrorçuların cəlb edilməsilə bağlı etibarlı mənbələrdən məlumatlar var və bu terrorçular İran sərhədlərindən uzaq saxlanılmalıdır.

Ayətullah Xamenei vurğulayıb ki, müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını, eləcə də Dağlıq Qarabağda olan ermənilərin hüquqlarını da təmin etməlidirlər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930