İraqlı din xadimi ABŞ ilə bağlı xəbərdarlıq etdi
Mьəllif: admin1
Tarix: 30-10-2020, 22:11
Bцlmə: Xəbərlər
İraqlı din xadimi ABŞ ilə bağlı xəbərdarlıq etdi
İraqın Sünni Alimlər Birliyinin sədri Şeyx Xalid əl-Molla ABŞ ilə bağlı mövcud vəziyyəti şərh edib.

O, açıqlamasında bildirib ki, ABŞ Əbu Mehdi əl-Mühəndis və Qasim Süleymanini hədəfə alaraq əslində İŞİD-in intiqamını bütün müqavimət cəbhəsindən almış oldu.

"İraq hal hazırda dinini və müqəddəs məkanlarını hədəfə alan təhlükə ilə qarşı-qarşıyadır. ABŞ ilə bağlı bütün iraqlılar ehtiyyatlı olmalıdırlar", - deyə Şeyx Xalid əl-Molla diqqətə çatdırıb.

Şeyx Xalid əl-Molla açıqlamasında qeyd edib ki, "Həşd Şabi" hərəkatı din xadimlərinin göstərişlərinə daima riayət edir.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930