Türkiyədə zəlzələdə çox sayda ölü və yaralı
Mьəllif: admin1
Tarix: 30-10-2020, 21:54
Bцlmə: Xəbərlər
Türkiyədə zəlzələdə çox sayda ölü və yaralı
İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir.

İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.

***

Türkiyədə 6,6 maqnitudalı zəlzələ baş verib.

"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, güclü zəlzələnin təkanları İstanbul və İzmir şəhərlərində hiss edilib.

Yeraltı təkanların episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

***

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İzmirin Bornova və Bayraklı rayonlarında zəlzələ nəticəsində 6 binanın çökdüyünü açıqlayıb.

***

Zəlzələnin İzmirlə yanaşı Aydın, Muğla, Manisa, Dənizli, Çanaqqala, Bursa, İstanbul, Uşak, Kütahya, Bursa, Yalova, Tekirdağ və Ədirnədə hiss edildiyi bildirilib. Xəstəxanalar, xilasetmə, polis və tibbi yardım qrupları hazır vəziyyətə gətirilib.

***

Prezident Rəcəb Tayyib Ərdoğan İzmirdə baş verən zəlzələ barədə açıqlama verib. O, mövzu barədə tvitter hesabında yazıb:

“İzmirdə baş verən zəlzələdən zərər görən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimiz bütün imkanları ilə vətəndaşlarımızın yanındadır. Mövzu ilə bağlı bütün qurumlar, nazirlər bölgədə lazımi işlər üçün hərəkətə keçiblər”.

***

İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer 20-yə yaxın binanın dağılması barədə məlumat daxil olduğunu qeyd edib.

***

Dağıntılar altından 1 qadın sağ çıxarılıb.

***

Zəlzələ nəticəsində Bayraqlı qəsəbəsində yaralanan 3 nəfər dağıntılar altından çıxarılıb.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031