İmam Həsən Əsgərinin (ə) şəhadətinə 5.000.000-dan çox zəvvar gəlib
Mьəllif: admin1
Tarix: 27-10-2020, 22:01
Bцlmə: Xəbərlər
İmam Həsən Əsgərinin (ə) şəhadətinə 5.000.000-dan çox zəvvar gəlib
Əsgəreyn İmamlarının (ə) müqəddəs ziyarətgahının baş katibliyi dünən (26 oktyabr) verdiyi açıqlamasında, İmam Həsən Əsgərinin (ə) şəhadətinin növbəti ildönümü mərasiminə müxtəlif vilayətlərdən (5.000.000) beş milyondan çox zəvvarın qatıldığını açıqlayıb.

Deyerler.org Askarian-a istinadən xəbər verir ki, Əsgəreyn İmamlarının (ə) müqəddəs ziyarətgahının Media Departamentinin rəhbəri Şeyx Muhənnəd Əl-Şərhani televiziya ilə yayımlanan açıqlamasında bunları söyləyib:

“Hicri 1442-ci il 4 rəbiyəl-əvvəl (22.10.2020) ilə 8 rəbiyəl-əvvəl (26.10.2020) tarixləri arasında səlahiyyətli orqanların verdiyi məlumatlara görə müqəddəs hərəmi ziyarət edən zəvvarların ümumi sayı təxminən 5.000.000 ziyarətçiyə çatıb”.

O, həmçinin 3500 könüllü, 25 media qurumu ilə 119 media işçisi, 720-dən çox xidmət alayı və müqəddəs ziyarətgahla əməkdaşlıq edən 69-dan çox təşkilatın matəm günlərində xidmət etdiyini bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930