Türkiyədə zərərsizləşdirilən terrorçularla bağlı təfərrüatlar məlum oldu
Mьəllif: admin1
Tarix: 27-10-2020, 11:39
Bцlmə: Xəbərlər
Türkiyədə zərərsizləşdirilən terrorçularla bağlı təfərrüatlar məlum oldu
Türkiyənin Hatay əyalətinin İskəndərun rayonunda antiterror əməliyyatı zamanı baş verən partlayışla, terrorçularla bağlı bir sıra təfərrüatlar ortaya çıxıb.

Bu barədə "Habertürk" xəbər verib. Məlumata görə, terrorçular Suriyadan Amanos dağlarından Türkiyəyə gəliblər. Onlar təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər.

Terrorçular asayiş keşikçilərindən yayınmaq üçün avtomobil qaçırıblar. Lakin avtomobili qəzaya uğradıblar. Bununla belə, digər avtomobilə əyləşərək qaçmağa başlayıblar.

Ancaq həmin nəqliyyat vasitəsi barədə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına məlumat verilib. Təhlükəsizlik qüvvələri Payas ərazisində post quraraq terrorçularla atışmaya başlayıblar.

Atışma zamanı terrorçulardan biri özünü partladıb, digəri isə qaçıb.

Qeyd edilir ki, terrorçular Türkiyəyə 1 həftə əvvəl gəliblər və onların qanunsuz silahlı qruplaşmaların üzvləri olmaları təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən vaxtında müəyyənləşdirilib. Terrorçular Türkiyə ərazisinə yaxşı bələd olmayıblar.

Xatırladaq ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bir qədər sonra digər terrorçunun da zərərsizləşdirildiyini bildirib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930