Ərəbistanlı alim vəhhabiliyi alt-üst etdi: “Bu firqəni kənara atmaq lazımdır ki, sülh və əmin-amanlıqda yaşayaq”
Mьəllif: admin1
Tarix: 25-09-2014, 15:45
Bцlmə: Xəbərlər
Ərəbistanlı alim vəhhabiliyi alt-üst etdi: “Bu firqəni kənara atmaq lazımdır ki, sülh və əmin-amanlıqda yaşayaq”

“Vəhhabilik bu üç əsr ərzində qarşılaşdığı hər bir cəmiyyətdə təfriqə və bölücülük yaradıb; bütün hökumətləri təkfir edib, Quranın “möhkəmat” və “mütəşabihat”ını qarışdırıb”

"Nə vaxta kimi həqiqəti gizlədək? Daha bəsdir! Cana doymuşuq; Bu firqəni kənara atmaq lazımdır ki, sülh və əmin-amanlıqda yaşayaq"
Ərəbistanlı tədqiqatçı vəhhabiliyin təsisçisi Məhəmməd ibn Əbdülvəhhabı kəskin tənqid edərək, “vəhhabiyyət zəhəri”nin bu ölkəyə dərin nüfuz etməsi barədə xəbərdarlıq edib.

AzadXeber.net-in ərəb mətbuatına istinadən verdiyi xəbərə görə, Həsən Fərhan əl-Maliki özünün Twitter sosial şəbəkəsindəki hesabında yazıb: “Bütün bəla və müsibətlərin, yəni vəhhabiyyətin səbəbini tanımağın zamanı yetişib.”

O, daha sonra yazır: Nə vaxta kimi həqiqəti gizlədək? Daha bəsdir! Cana doymuşuq; Bu firqəni kənara atmaq lazımdır ki, sülh və əmin-amanlıqda yaşayaq.

Tədqiqatçı alim sözlərinin davamında yazıb: Bizim qəlblərimiz pak və ağ idi. Biz, “vəhhabiyyət” zəhəri dərs proqramları vasitəsilə cəmiyyətə nüfuz edənə və aramızda düşmənçilik və nifrət toxumu səpənə qədər vəhhabiyyət adında bir şey tanımırdıq.

Maliki daha sonra qeyd edib: Vəhhabilik bu üç əsr ərzində qarşılaşdığı hər bir cəmiyyətdə təfriqə və bölücülük yaradıb; Bütün hökumətləri təkfir edib, Quranın “möhkəmat” və “mütəşabihat”ını qarışdırıb.

O, daha sonra əlavə edib: 3 əsrdir ki, bu cərəyanı - öz əsl adından başqa - müxtəlif adlarla eşidirik: Radikallıq, İxvan, Cəhimaniyyə, "DAEŞ" (İŞİD), təkfirçi cərəyan... və s. Rahat şəkildə deyin “vəhhabiyyət”.

Maliki, sözünün sonunda bu firqənin başçılarına xitabən belə yazıb: Bizi rahat buraxın ki, həqiqi islamı tanıyaq; Quran islamını, idrak, əxlaq, sülh islamını və insanların hüquqlarını tanıyaq.



Azadxeber.net
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031