Azərbaycanın İrandakı səfiri: "Mən bir müsəlman və şiə olaraq bunu özümə təhqir hesab edirəm"
Mьəllif: admin1
Tarix: 22-10-2020, 10:23
Bцlmə: Xəbərlər
Azərbaycanın İrandakı səfiri: "Mən bir müsəlman və şiə olaraq bunu özümə təhqir hesab edirəm"
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran qəzetlərindən birinə müsahibəsində bildirib ki, atəşkəsin qurulması və məsələnin dialoq yolu ilə həll edilməsi şərtləri mövcuddur, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikası ərazisindən çıxarılmalıdır.

O, qeyd edib ki, Ermənistan Baş nazirinin bir neçə dəfə işğal altındakı ərazilərimizə Azərbaycan Respublikasının razılığı olmadan gəlməsi və andiçmə mərasimini Azərbaycan Respublikasının mədəniyyət beşiyi Şuşa şəhərində keçirtmək istəməsi müharibəyə təhrik etmə idi:

"İranın narahatlığını və atəş nəticısində əziyyət çəkən İran İslam Respublikası vətəndaşlarının dərdinə ortağıq. Bu mövzuda İran İslam Respublikasındakı səlahiyyətli orqanlarla görüşdük və danışdıq.

Bunu edənlər ermənilər idi. Tehrandakı səfirliyimiz hətta İran İslam Respublikası ərazisinə dəyən güllə və minaatanların münasibətlərimizi hədəf aldığını bildirən bir açıqlama yayıb".

Səfir bildirib ki, İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünə və işğal olunmuş ərazilərin azad edilməsinə dəstək mövqeyini yüksək qiymətləndirir:

"Son bir neçə gündə Ali Rəhbərin beynəlxalq əlaqələr üzrə müşaviri, İslami Şura Məclisinin bəzi üzvləri, Ali liderin İranın şimal-qərb əyalətlərindəki nümayəndələri, valilər, Xarici İşlər nazirliyinin sözçüsü, hökumət sözçüsü və hamısı Azərbaycan Respublikasının mövqelərini dəstəklədilər. Azərbaycan Respublikası İranın bu mövqelərini yüksək qiymətləndirir".

Bünyad Hüseynov qeyd edib ki, sərhədlərdə terror qruplaşmalarının bölgəyə sızması ilə bağlı deyilən erməni təbliğatı ilə bağlı idi: "Azərbaycan Respublikasının ordusu 100.000 nəfərdir və buna görə müharibəyə kimsə gətirməyimizə ehtiyac yoxdur.

İran mətbuatında da təkfirçilərin varlığına istinadlar edildiyini gördüm. Mən bir müsəlman və şiə olaraq bunu özümə təhqir hesab edirəm. Təkfirçi qüvvələrin istifadəsi xalqımızın inanclarına ziddir.

Bir çox fotoşəkilin Ermənistanda fotoşop edildiyi məlumdur, guya onlar Azərbaycan Respublikası ərazisində döyüşürlər. İndi müharibə yalnız hərbi döyüş meydanına aid deyil. Bu müharibə kiber məkanda davam edir. Ermənilər dünya mediasında sahib olduqları imkanlarından istifadə edirlər.

Yəni bu günə qədər etibarlı bir dəlil olsaydı (təkfirçilərin Azərbaycan Respublikası ordusu ilə döyüşməsi haqqında) onlar bunu təqdim etməzdilər?"
(eastnews.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930